22 dekabr 2015 12:40

Pərviz Abdullayev: Mənim üçün rəqibin kimliyi vacib deyil

Azərbaycanı və “Qəbələ” İdman Klubunu təmsil edən kikboksçu Pərviz Abdullayev bu idman növü üzrə ən mötəbər yarış olan “Glory World Series” turnirində ilk döyüşünü keçirdi. Azerisport.az xəbər verir ki, debüt uğurlu alındı. Ən ağır çəkidə (70 kq) döyüşən təcrübəli idmançımız dekabrın 4-də Hollandiyanın paytaxtı Amsterdamda keçirilən yarışda mərakeşli Aziz Kallahı məğlub etdi. Üç raund davam edən döyüşü rəqibindən üstün keçirən Pərviz hakimlərin yekdil qərarı ilə qalib elan olundu.

Sayca 26-cı olan “Glory” turnirinin qaliblərindən biri kimi tarixə düşən Abdullayev təəssüratlarını “Qəbələ İK”ya bölüşüb. O, söhbətdə rəqibinin tam fərqli üslubda vuruşduğunu bildirib: “Azizin mənə qarşı döyüşü əvvəlkilərindən tam fərqlənirdi. O, belə deyək, daha çox güləşirdi. Sanki ona deyilmişdi ki, Pərvizin döyüşməsinə imkan vermə. O da bunu edərək, döyüşü korladı. Hərçənd, mən Azizdən açıq döyüş gözləyirdim. Mərakeşli idmançılar adətən davakar olurlar və görüşün gedişində aqressivləşirlər. Ancaq Kallahda bunu görmədik. Mən isə döyüş üslubuma sadiq qaldım və əvvəldən axıradək hücum etdim. Rəqibimin fərqli tərzdə döyüşdüyünü görüb, özümü itirsəydim, məğlub da ola bilərdim. Ancaq soyuqqanlı oldum, döyüşə hücumlarla başladım və tam üstünlüklə başa verdim”.

Qələbədə hazırlığının böyük rol oynadığını deyən Pərviz, rəqibinə hətta nokautla qələbə qazanmağı arzulayırmış: “Döyüşə hərtərəfli hazırlaşmışdım. Azizə öz döyüşünü qurmağa imkan vermədim. Fiziki gücüm, sürətli həmlələrim, əl və ayaqla güclü zərbələrim qələbədə böyük rol oynadı. Fikirləşirdim ki, nokautla qalib gələrəm. Kallahdan açıq döyüş gözləyirdik. Belə olsaydı, əminəm ki, rəqibimi nokaut edəcəkdim. Əsas odur ki, nüfuzlu turnirdə ilk döyüşdə qələbə qazandım. Döyüşüm həm hakimlər, həm də tamaşaçılar tərəfindən bəyənildi”.

“Kobra” ləqəbi ilə tanınan “Qəbələ” idmançısı həmin gecənin sürpriz qalibi sayılıb: “Turniri canlı yayımlayan telekanallarda məni gecənin sürpriz qalibi kimi təqdim etdilər. Doğrudur, Kallah da ilk dəfə “Glory World Series”də çıxış edirdi. Ancaq o, tanınmış idmançı kimi bu döyüşün favoriti sayılırdı. Dünyada ən güclü kikboks məktəblərindən olan Hollandiya məktəbinin yetirməsidir, döyüşün keçirdiyi Amsterdamdandır. Bundan əlavə, Azizin məşqçisi “Glory”, K-1 çempionlarını yetişdirib. Bütün bunlara görə rəqibimin qələbə şansı daha yüksək qiymətləndirilirdi. Buna görə də, mənim qalib gəlməyim çoxları üçün gözlənlməz oldu”.

Döyüşdən sonra Abdullayevdən müsahibə alan televiziyalar növbəti görüşdə kiminlə döyüşmək istədiyini soruşublar. Elə bizim üçün də növbəti rəqibin kimliyi maraq doğurur: “Amsterdamda müsahibəmdə bildirdim ki, təşkilatçılar kimi məsləhət biləcəklər, onunla da döyüşəcəyəm. Mənim üçün rəqibin kimliyi vacib deyil. Hər biriylə döyüşməyə hazıram. Fikrimcə, növbəti rəqib kimi mənimlə döyüşə kanadalı Corc Yalsen və ya Marat Qriqoryan təqdim olunacaq. Qriqoryan Belçikanı təmsil etsə də, milliyətcə ermənidir. Bu 2 kikboksçunun adını ona görə çəkdim ki, hər ikisi döyüşkəndir. Döyüş üslublarımız, taktikalarımız uyğundur. Bunu nəzərə alan təşkilatçılar da istəyir ki, şou cəlbedici olsun. Hər halda, azərbaycanlı və erməni idmançının döyüşməsi daha maraqlı ola bilər”.

Pərvizin sözələrinə görə, “Glory World Series”də ikinci döyüşüylə bağlı bu ayın sonunadək ona dəqiq məlumat veriləcək: “Həmin döyüş gələn ilin ya fevral, ya da mart ayında olacaq. Təşkilati məsələlərlə hollandiyalı promouterim Dennis Krauell məşğul olur. İkinci döyüşdə də qalib gəlsəm, “8-liy”ə, ya da“4-lüy”ə düşüb reytinq döyüşlərinin iştirakçısı olacağam. Həmin vaxt dünya kəməri uğrunda döyüşə iddia edə biləcəyəm. Hazırda bu kəmər hollandiyalı dünya çempionu Robin van Roosmalendədir”.

Qeyd edək ki, Abdullayevi “Glory World Series”də ikinci döyüşünədək Çində sınaq gözləyir. Bu, həmin turnirdən sonra reytinqinə görə 2-ci yarış sayılan “Kunlun Fight Series”dir: “Bu turnirdə də dünya ulduzları iştirak edirlər. “Kunlun Fight Series”də keçirəcəyim döyüş, ümumilikdə, 6-cı olacaq və gələn il yanvarın 23-də keçiriləcək. Rəqibim Qazaxıstan idmançısı Noyerladır. Azərbaycanı və “Qəbələ” İdman Klubunu yenə layiqli təmsil edib, qalib gəlmək iddiasındayam”.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.