21 dekabr 2015 00:15

Boccia idman növü üzrə turnirin qalibləri müəyyənləşdi

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi “SENİ” firmasının dəstəyi ilə 18 dekabr 2015-ci il tarixində Azərbaycanda yeni yaranmış boccia idman növü üzrə II “SENİ CUP” turniri keçirilib. Azerisport.az xəbər verir ki, boccia idman növü Milli Paralimpiya Komitəsinin təşəbbüsü ilə 2 ildir ki, Azərbaycanda təbliğ olunur və bu müddət ərzində respublikada 7 təlim mərkəzi yaradılıb. BOCCİA idman növü 1984-cü ildən paralimpiya oyunlarına daxil edilib və 20 il ərzində populyarlıq qazanaraq, 50 ölkədə keçirilir və surətlə inkişaf edir.

“SENİ CUP” turnirində  BC1, BC2 və BC4 kateqoriyalarında Uşaq Paralimpiya Komitəsinin, “Əlil İdmançılara Dəstək”, “Gülsam”, “İstedadlı Əlillər” ictimai birliklərinin, “Sağlamlıq imkanları məhdud gənclərin peşə və reabilitasiya” mərkəzinin, “Sun Light” idman klubunun və 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət muəssisəsinin yetirmələri olmaqla, ümumilikdə 32 idmançı mübarizə aparıb. Turnirdə  Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Prezidenti yanında QHT-na dəstək şurasının, Azərbaycan Milli Paralimpiya  Komitəsinin, bir sıra dövlət və qeyri-hökumət  təşkilatlarının nümayəndələri iştirak  ediblər. İdmançılara dəstək vermək üçün Mərkəzi Asiya və Qafqaz üzrə “SENI” firmasının koordinatoru cənab Mixail Kopaç və Turkiyənin boccia idman növü üzrə baş məşqçisi Nihat Yılmaz təşrif buyurublar.

Açılışda ARMPK-nin prezidenti İlqar Rəhimov çıxış edərək boccia idman növünün Azərbaycanda sürətlə inkişaf etdiyini qeyd edib, 2020-ci ildə Tokioda keçiriləcək Yay Paralimpiya oyunlarında bu idman növü ilə də təmsil olacağını bildirib, idmançılara uğurlar arzulayaraq II “SENI CUP” turnirini açıq elan edib.

5 saat davam edən gərqin mübarizədən sonra BC-1 kateqoriyasında Rəşidli Arzu bürünc, Səlimov Samir gümüş, “Gülsam” İB-nin idmançısı Səlimova Gülnarə qızıl, BC-2 kateqoriyasında Cəfərova Aygün bürünc, Hüseynov Asim gümüş və Uşaq Paralimpiya Komitəsinin idmançısı Bayramov Rüfət qızıl, BC-4 kateqoriyasında isə Quliyeva Çimnaz bürünc, İslamov Xəyal gümüş və “Əlil idmançılara dəstək” İB-nin idmançısı Kərimli Fariz qızıl medala sahib olublar.

Qaliblər diplom, medal və kubok ilə təltif olunublar.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.