19 dekabr 2015 13:00

Formula 1 Avropa Qran Prisinin biletləri satışdadır

Bakı Şəhər Halqası (BŞH) ötən gün mətbuat konfransı çağıraraq 2016-cı Formula 1 təqviminə ən yeni daxil olmuş Bakıdakı 2016-cı il Formula 1 Avropa Qran Prisinin biletlərinin sabahdan etibarən www.bakucitycircuit.com saytı vasitəsilə onlayn satışa çıxarılacağını elan edib. Azerisport.az xəbər verir ki, Gənclər və İdman Naziri Azad Rəhimov bugünkü mətbuat konfransında çıxışı ilə BŞH Əməliyyat Şirkətinin yanında olduğunu nümayiş etidirib və 2016 Formula 1 mövsümünün ən yeni şəhər halqası barədə danışıb.

Bilet satışının başlanması bu həftəsonu Dənizkənarı Milli Parkda keçiriləcək və bir növ  F1-in paytaxt Bakıya gəlişinin təmtəraqla qeyd olunduğu “Son 6 ay” bayram tədbiri ilə eyni ərəfəyə təsadüf edir.

Bilet satışının işə düşməsi artıq bir neçə ildir ki, yetişməkdə olan bu mötəbər idman tədbirinə hazırlıq işlərinin gedişində önəmli məqamlardan biridir və bu hazırlıq işləri gələn yay F1 maşınlarının ilk dəfə Azərbaycanda səhnə alması ilə öz kuliminasiya nöqtəsinə çatacaq.

Bu gün səhər baş tutan mətbuat konfransından sonra Bakı Şəhər Halqasının Kommersiya üzrə direktoru Bülənt Özərdim qeyd edib ki, “Bügünkü gün, Formula 1-in Azərbaycanda keçirilməsi baxımından çox önəmlidir və bilet satışı prosesini artıq başlatdığımız üçün çox sevincliyik. Bizim çox sadə bir ismarıcımız var – gələn ilin iyun ayında buyurun, Bakıya gəlin və inanılmaz bir yarış həftəsonuna şahid olmaqla bərabər, gözəl Bakı şəhərini özünüz üçün kəşf edin. Gələn yay bizə qoşulmaq arzusunda olan azarkeşlərə tövsiyə edərdim ki, nə qədər ki, satışda bilet var, cəld alsınlar".

Nazir Azad Rəhimov da həmçinin belə bir önəmli gündə öz müsbət təəssüratlarını paylaşaraq bildirib ki, “Bu hadisə dünyanın ən böyük idman tədbirlərindən sayılan Formula 1-in Bakıya gəlişi prosesində ən vacib nailiyyətlərdən biridir. Mən əminəm ki, Formula 1 bizim paytaxt Bakıya çox gözəl yaraşacaq və bütün azarkeşləri bu gözəl şəhərdə keçiriləcək 2016-cı il Formula 1 Avropa Qran Prisini izləməyə dəvət edirəm".

Bakı gələn ilin yayında keçiriləcək F1-ə hazırlaşdığı bir mərhələdə paytaxt və eləcə də bütün Azərbaycan sakinləri bu hadisəni həyəcanla gözləyir. Belə ki, SIAR Tədqiqat və Kansaltinq qrupunun bu yaxında ölkə üzrə 1001 respondent ilə üzbəüz müsahibə əsasında keçirdiyi sorğunun nəticələrinə görə Azərbaycanın 80% əhalisi hesab edir ki, ilk dəfə keçiriləcək Formula 1 Avropa Qran Prisi ölkəni dünya səhnəsində daha yaxşı tanıdacaq və Bakını regional və beynəlxalq turizm məkanı  kimi məhşurlaşdıracaq.

Bundan əlavə, əhalinin 34 yaşa qədər olan əhalisinin təxminən yarı hissəsi gələn yay keçiriləcək keyfiyyətcə yeni olan bu yarışmaya bilet almaq niyyətində olduğunu bəyan edib.

2016 Formula 1 Avropa Qran Prisi  çərçivəsində azarkeşlər yarışın start/finiş zolağının ecazkar görüntüsünü təmin  edən Abşeron tribunasından tutmuş, şəhər halqasının döngələrinə yaxın yerləşmiş müxtəlif tribunalara bilet ala bilərlər. Bundan əlavə, Ayaqüstü zonalar trek üzrə gəzərək yarışı müxtəlif nöqtələr üzrə paylanmış podiumlardan izləməyə imkan verəcək.

Dünyanın ən mükəmməl avtomobillərinin Bakı küçələrində yarışmasına son 6 ay qaldğı bir məqamda Bakı Şəhər Halqasının F1 ictimaiyyətinə sadə bir ismarıcı var – Satışda bilet bitməmiş, öz biletinizi cəld alın və Bakıda yarışdan daha artığına hazır olun!

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.