4 dekabr 2015 14:45

Avropa Qran Prisi rəsmi 2016 Formula 1 təqvimində

Dekabrın 3-də Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Parisdə yerləşən baş qərargahında Ümumdünya Motor-idman Şurasının iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda Ümumdünya Motor-idman Şurası Formula 1-ə aid idman əməliyyatlarının aparılması qaydalarında bir neçə vacib dəyişiklər edib. 

Belə ki, Formula 1 mövsümünün gedişində ilk dəfə olaraq iştirakçı ölkələrin maksimal sayı 20-dən 21-ə artırılıb. 

Ənənəvi Formula 1 təqviminə edilən bu əlavə bilavasitə ölkəmizin gələn il iyun ayının 19-da Formula 1 Avropa Qran Prisinə ev sahibi kimi debut etməsi ilə əlaqəlidir. 

Bakı Şəhər Halqası 21 ölkə arasında sıra etibarilə səkkinizinci mərhələ olmaqla, 2016-cı il mövsümünün təqvimi aşağıdakı şəkildə təsdiq olunub: 

20 mart - Avstraliya Qran Prisi (Albert Park)
03 aprel - Bəhreyn Qran Prisi (Saxir)
17 aprel - Çin Qran Prisi (Şanxay)
01 may - Rusiya Qran Prisi (Soçi)
15 may - İspaniya Qran Prisi (Barselona)
29 may - Monako Qran Prisi (Monte Karlo)
12 iyun - Kanada Qran Prisi (Monreal)
19 iyun - Avropa Qran Prisi (Bakı)*
03 iyul - Avstriya Qran Prisi (Osterrayxrinq)
10 iyul - Böyük Britaniya Qran Prisi (Silverstoun)
24 iyul - Macarıstan Qran Prisi (Hunqarorinq)
31 iyul - Almaniya Qran Prisi (Hokkenhaym)
28 avqust - Belçika Qran Prisi (Spa Frakorşamps)
04 sentyabr - İtaliya Qran Prisi (Montsa)
18 sentyabr - Sinqapur Qran Prisi (Marina Bey)
02 oktyabr - Malayziya Qran Prisi (Sepanq)
09 oktyabr - Yaponiya Qran Prisi (Suzuka)
23 oktyabr - ABŞ Qran Prisi (Ostin)**
06 noyabr - Meksika Qran Prisi (Mexiko)
13 noyabr - Braziliya Qran Prisi (San Paulu)
27 noyabr - Əbu Dabi Qran Prisi (Yas Marin)

Qeyd:

*Bakıda Avropa Qran Prisinin başlanması “24 Saat Le Man” yarışının yekunlaşmasına müvafiq olaraq planlaşdırılmalıdır.
** Promoter tərəflə ASN arasında razılaşmaya bağlıdır.

Bakı Şəhər Halqası haqda

Formula 1 təqviminə əsasən 17-19 iyun 2016-cı ildə Azərbaycanda təşkil olunacaq Formula 1 Avropa Qran Prisinin promouter şirkəti və eyni zamanda yarışların keçirildiyi şəhər treki “Bakı Şəhər Halqası” (BŞH) adlanır. 


Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçəri-şəhər ətrafı dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2.2km-lik dənizkənarı zolaq və s. bir sıra özəllikəri ilə yarışı canlı olaraq tribunalarda və ya televiziya qarşısında izləyən F1 azarkeşləri üçün əsrarəngiz bir şouya ev sahibliyi edəcək. Artıq unikal idman məkanı və ən sürətli Formula 1 şəhər treki kimi xarakterizə olunan Bakı Şəhər Halqasının oturaq və ayaqüstü tribunalarda canlı tamaşaçı tutumu toplam 30 000-dən artıq olacaq. Yarışın bilet satışı 2015-ci ilin dekabr ayında başlayacaq.

Sorğu üçün [email protected] ünvanına e-mail göndərməklə əlavə məlumat əldə edə bilərsiniz.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.