1 dekabr 2015 16:30

Bakı Şəhər Halqası Bakutel sərgisində

2015-ci ilin 2-5 dekabr tarixləri arasında Bakıda keçiriləcək Bakutel beynəlxalq Telekommunikasiya və İnformasiya konfrans-sərgisinin 200-ə yaxın iştirakçısı arasında Formula 1 Avropa Qran Prisinin Azərbaycandakı promouteri - Bakı Şəhər Halqası Əməliyyat Şirkəti də həmçinin yer alıb. Azerisport.az xəbər verir ki, ITECA Caspian şirkətinin təşkilatçılığı ilə hər il yerli təmsilçilərdən əlavə Rusiya, Amerika, Türkiyə və digər xarici ölkələrin aparıcı şirkətlərinin qatıldığı sərgidə Bakı Şəhər Halqası da 3 gün ərzində özünəməxsus şəkildə təmsil olunacaq. Belə ki, promouter şirkətin Formula 1 tərzində qurulmuş stendi ətrafında yarışın bilet satışı və ümumilikdə Qran Pri ilə bağlı son yenilikləri əks etdirən məlumatlandırıcı vəsaitlər ziyarətçilərə təqdim olunacaq.
“Biz 3 gün ərzində hər bir sferada çalışan yerli və xarici motoidman azarkeş kütləsinə ünvanlanmağı hədəf seçmişik. Konfrans-sərgi zamanı telekommunikasiya sənayesinin təmsilçiləri, istehlakçılar və ümumiyyətlə konfrans-sərginin ziyarətçiləri arasında Avropa Qran Prisini səbrsizliklə gözləyən qonaqlarla üzbəüz görüşmək və onları maraqlandıran bütün sualları əhatə etmək imkanımız olacaq.” – deyə şirkətin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai qeyd edib.

Bakı Şəhər Halqası haqda

İlkin təqvimə əsasən 2016-cı ilin iyun ayında Azərbaycanda təşkil olunacaq Formula 1 Avropa Qran Prisinin promouter şirkəti və eyni zamanda yarışların keçirildiyi şəhər treki “Bakı Şəhər Halqası” (BŞH) adlanır. Yarışın keçirilmə tarixi yekun olaraq bu ilin dekabr ayında Beynəlxalq Avtomobil Federasiyasl (FIA) tərəfindən təsdiq olunacaq.

Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçəri-şəhər ətrafı dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2.2km-lik dənizkənarı zolaq və s. bir sıra özəllikəri ilə yarışı canlı olaraq tribunalarda və ya televiziya qarşısında izləyən F1 azarkeşləri üçün əsrarəngiz bir şouya ev sahibliyi edəcək. Artıq unikal idman məkanı və ən sürətli Formula 1 şəhər treki kimi xarakterizə olunan Bakı Şəhər Halqasının oturaq və ayaqüstü tribunalarda canlı tamaşaçı tutumu toplam 30 000-dən artıq olacaq. Yarışın bilet satışı 2015-ci ilin dekabr ayında başlayacaq.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.