18 noyabr 2015 18:00

Sadıq Sadıqov çempionla görüşdü

"Neftçi İdman Klubu” İctimai Birliyi idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov bu yaxınlarda Serbiyanın paytaxtı Belqradda kikboksinqin WAKO versiyası üzrə dünya çempionu olmuş (k-1) "Ağsu” İdman Klubunun yetirməsi Elşad Ələsgərov, onun şəxsi məşqçisi Elnur Əliyev və Ağsu İdman Kompleksinin direktoru Mirələm Rəhimovla görüşüb. Azerisport.az xəbər verir ki, respublikamızda idmanın inkişafından və bu sahəyə göstərilən dövlət qayğısından geniş söhbət açan aparat rəhbəri, idmançılarımızın beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil etmələrindən də fəxarətlə danışıb.

Elşad Ələsgərovun möhtəşəm qələbəsini yüksək dəyərləndirən natiq, onun 6 ildən sonra yenidən Azərbaycana WAKO versiyası üzrə dünya çempionluğunu gətirdiyini xüsusi vurğulayıb. O, Ağsu İdman Kompleksində idmançılar üçün yaradılan hər cür şəraitdən və bu kompleksdə hələ çox idmançıların yetişəcəyindən də söhbət açıb. Aparat rəhbəri Elşad Ələsgərovu və onun məşqçisini qazanılan möhtəşəm qələbə münasibətilə təbrik edib, onlara daha böyük uğurlar diləyib.

Elşad Ələsgərov və Elnur Əliyev idmançılara yaradılan şəraitə və göstərilən qayğıya görə SOCAR-ın rəhbərliyinə təşəkkürlərini çatdırıblar.

Sonda xatirə şəkli çəkdirilib.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.