5 noyabr 2015 19:00

Sadıq Sadıqov kikboksçularla görüşdü

Xəbər verdiyimiz kimi, Serbiyanın paytaxtı Belqradda keçirilən kikboksinqin WAKO versiyası üzrə XX dünya çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, Azərbaycan kikboksçuları çempionatın 7 medalını qazanıblar ki, onlardan da 4-ü "Neftçi İdman Klubu”nun təmsilçilərinə məxsusdur. Anar Məmmədov (51 kq) və Ehram Məcidov (+94 kq) dünya çempionatının gümüş, Çingiz Əhmədzadə (51 kq) ilə Ramiz Məmmədov (54 kq) isə bürünc medalını qazanıblar.

Artıq kikboksçularımız vətənə dönüblər. "Neftçi İdman Klubu” İctimai Birliyi idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov çempionatda böyük uğura imza atmış idmançılarla görüşüb. O, respublikamızda dövlət başçısı tərəfindən aparılan məqsədyönlü idman siyasətindən və Olimpiya Hərəkatı sahəsində görülən işlərdən söhbət açıb. Aparat rəhbəri ölkəmizdə idmanın sürətli inkişaf etməsi sayəsində bir çox mötəbər idman tədbirlərinin, eləcə də ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin respublikamız üçün böyük uğur olduğunu qeyd edib. Natiq klubun yetirmələrinin beynəlxalq arenalardakı uğurlu çıxışlarını və ölkəmizi layiqincə təmsil etmələrini də xüsusi vurğulayıb.

Sonra o, idmançıları qazandıqları yüksək nailiyyət münasibətilə təbrik edib və gələcək yarışlarda onlara uğurlar diləyib.

Ehram Məcidov səmimi görüşə və onlara göstərilən qayğıya görə kikboksçular adından "Neftçi İdman Klubu” İctimai Birliyinin rəhbərliyinə minnətdarlığını bildirib. O, bundan sonra daha da intensiv çalışacaqlarına və beynəlxalq yarışlarda respublikamızın idman şərəfini layiqincə qoruyaraq möhtəşəm qələbələr qazanacaqlarına inandığını söyləyib.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.