25 oktyabr 2015 12:20

Çövkən üzrə 4-cü Azərbaycan çempionatı başa çatdı, Sərhədçi çempion oldu

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən atüstü milli oyunu üzrə 4-cü Azərbaycan Çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, yarışların əsas məqsədi, ölkədə qədim atüstü oyunların xalq arasında daha geniş yayılması, atçılıq idmanının inkişaf etdirilməsi, gənc nəslin təlim-tərbiyəsində milli ənənələrin və sağlam həyat tərzinin təbliğ edilməsindən ibarət olub.

Çempionatın ümumi mükafat fondu 50 min manat idi. Yarışlarda ölkənin müxtəlif bölgələrini təmsil edən 24 komanda iştirak edib. Ötən il Şəki şəhərində təşkil olunan Prezident Kuboku uğrunda Milli Atüstü Oyunlar Festivalında keçirilən Çövkən Çempionatında ilk 8 yeri tutmuş komanda yarışa 1/8 final mərhələsindən qoşulub. Çempionatın gedişində məhz həmin komandalar fərqləniblər. Yarımfinal mərhələsinin ilk qarşılaşmasında “Polad” komandası Ağdamın “Qarabağ” klubunu 4:1 hesabı ilə məğlub edərək finala yüksəlib.

Digər finalçı  isə “Sərhədçi” – “Ağstafa” komandaları arasındakı görüşdən sonra məlum olub. Bu oyunda “Sərhədçi” klubunun çövkən ustaları 8:0 hesabı ilə qalib gələrək finala adlayıblar.

Yarışların sonuncu günü əvvəlcə 3-cü yer uğrunda görüş keçirilib. Meydana “Ağstafa” və “Qarabağ” Ağdam komandaları çıxıblar. “Ağstafa” komandası qalib qalib gələrək Azərbaycan çempionatının bürünc medallarına layiq görülüb. 

“Polad” və “Sərhədçi” komandaları arasında keçirilən həlledici görüş isə daha maraqlı mübarizə şəraitində keçib. 4:2 hesabı ilə qələbə qazanan “Sərhədçi”  komandası çövkən üzrə Azərbaycan çempionatında birinci yeri tutub. “Sərhədçi” komandasının heyətində Rauf Tahirov, Rəşad Həsənov, Samir Pirimov, Elçin Camallı və Tərlan Qurbanəliyev mübarizə aparıblar. Qaliblərə, habelə yarışda fəqlənən digər komandalara mükfatları federasiyanın prezidenti Elçin Quliyev təqdim edib.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.