23 oktyabr 2015 16:20

Kikboksçularımız dünya çempionatına yollanır

26 oktyabrdan 1 noyabra qədər Serbiyanın paytaxtı Belqradda Kikboksinq idmanının WAKO versiyası üzrə dünya çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, hər iki ildən bir keçirilən bu mötəbər dünya çempionatına milli komandamız 1995-ci ildən qatılır.

Lakin məhz bu il kikboksinq üzrə yığma komanda ən böyük tərkibdə Azərbaycanı təmsil edəcək. Bu məqsədlə bu gün idmançılarımız media nümayəndələri ilə görüşüb.

Yığma komandanın baş məşqçisi Elşən Əbdülrəhimov müsahibəsində bir çox idmançıların uğur qazanacağına inandığını və yaxşı nəticələrlə vətənə qayıdacaqlarına ümid bəslədiyini  bildirib.

Elşən Əbdülrəhimov: “Artıq federasiya rəhbərliyi də idmançılarla görüşərək onlara uğurlar arzu edib. Bu çox məsuliyyətli və önəmli yarış olacaq. İlk dəfədir ki, yarışa 25 idmançı ilə qatılırıq. İdmançılarımızın vətənə yüksək nəticələrlə qayıdacaqlarına ümid edirəm".

Yığma komandanın tərkibi:

1. Anar Məmmədov- 51 kq LOWKICK
2. Çingiz Əhmədzadə - 51  K-1
3. Ramiz Məmmədov - 54 LOWKICK
4. Elşad Ələsgərov - 54 K-1
5. Ruslan Musayev - 57 LOWKICK
6. Camal Məmmədov - 57 KICKLIGHT
7. Zöhrab Əzimov - 60 LOWKICK
8. Elnur Daryagir - 63.5 LOWKICK
9. Eduard Məmmədov - 63 KICKLIGHT
10. Turan Gafarov - 67 K-1
11. Ramal Aslanov - 61 LOWKICK
12. İbrahim Məmmədov - 71 k-1
13. Emil Möhsümzadə - 71 LOWKICK
14. Əlişan Aslanlı - 75 K-1
15. Musa Abdullayev - 79 KICKLIGHT
16. Bəybala Quliyev - 81 LOWKICK
17. Xəyal Əhmədov - 81 K-1
18. Elnur Əliyev - 84 KICKLIGHT
19. Orxan Məlikov - 86 LOWKICK
20. Fuad Zeynalov - 89 KICKLIGHT
21. Zamiq Atakişiyev - 91 LOWKICK
22. Anar Məmmədov - 91 K-1
23. Ağalar Sadıxzadə +91 LOWKICK
24. Vüqar Cavadov - 94 KICKLIGHT
25. Ehram Məcidov +94 KICKLIGHT

İdmançıları bu yarışa federasiyanın vitse prezidenti Güloğlan Cabbarov, Sadlq Bağırov, baş məşqçi Elşən Abdulrəhimov, məşqçilər Hikmət Hacıyev, Telman Məhərrəmov, Fuad Sayadov, Sani Jabbarov, Kamran Aşrafzadə və Rövşən Hacıyev müşayət edəcəklər.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.