15 oktyabr 2015 18:00

Çövkən atüstü milli oyunu üzrə 4-cü Azərbaycan çempionatının püşkü atıldı

Oktyabrın 16-da Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində Çövkən atüstü milli oyunu üzrə 4-cü Azərbaycan çempionatına start veriləcək. Azerisport.az xəbər verir ki, çempionatda ölkənin müxtəlif bölgələrini təmsil edən 24 komanda iştirak edəcək.

Ötən il Şəki şəhərində təşkil olunan Prezident Kuboku uğrunda Milli Atüstü Oyunlar Festivalı çərçivəsində keçirilən çövkən çempionatında ilk 8 yeri tutmuş komandalar yarışa 1/8 final mərhələsindən qoşulacaqlar. Çempionatın ümumi mükafat fondu 50 000 (əlli min) manat təşkil edir.

Yarışların qrafiki belədir:

* 16 oktyabr 2015-ci il – 4  play-off oyunu;
* 17 oktyabr 2015-ci il - 4 play-off oyunu;
* 18 oktyabr 2015-ci il – 4 play-off oyunu;
* 19 oktyabr2015-ci il - 4 play-off oyunu;
* 21 oktyabr 2015-ci il - ¼ final oyunları;
* 22 oktyabr 2015-ci il - 2 yarımfinal oyunları;
* 24 oktyabr 2015-ci il 3-cü yer uğrunda və FİNAL oyunu;

Çövkən Milli Atüstü Oyunu üzrə 4-cü Azərbaycan Çempionatında iştirak edəcək komandaların siyahısı

1) “Sərhədçi” Çövkən Komandası
2) “Kövsər” Çövkən Komandası
3) “Ağstafa” Çövkən Komandası
4) “Ağdam” Çövkən Komandası
5) “Şəki” Çövkən Komandası
6) “Ağcabədi” Çövkən Komandası
7) “Laçın” Çövkən Komandası
8) “Polad” Çövkən Komandası
9) “Balakən” Çövkən Komandası
10) “Zaqatala” Çövkən Komandası
11) “Qax” Çövkən Komandası
12) “Oğuz” Çövkən Komandası
13) “İsmayıllı” Çövkən Komandası
14) “Yevlax” Çövkən Komandası
15) “Bərdə” Çövkən Komandası
16) “Goranboy” Çövkən Komandası
17) “Göygöl” Çövkən Komandası
18) “Qazax” Çövkən Komandası
19) “Tovuz” Çövkən Komandası
20) “Daşkəsən” Çövkən Komandası
21) “Qəbələ” Çövkən Komandası
22) “Xaçmaz” Çövkən Komandası
23) “Batabat” Çövkən Komandası
24) “Elit” Çövkən Komandası

“Çövkən” Atüstü Milli Oyunu üzrə 4-cü Azərbaycan Çempionatının keçirilməsində əsas məqsəd Azərbaycanın qədim atüstü milli oyunlarının geniş xalq kütlələri arasında yayılması, atçılıq idmanının və milli atçılığın inkişaf etdirilməsi, gənc nəslin təlim-tərbiyəsində milli ənənələrin və sağlam həyat tərzinin təbliğ edilməsindən ibarətdir. 

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.