17 sentyabr 2015 16:40

Spartakiadanın qalibləri mükafatlandırıldı

Xəbər verdiyimiz kimi, sentyabrın 13-də "Neftçi İdman Klubu” tərəfindən keçirilən neft, qaz və kimya sənayesi işçilərinin XXIII Spartakiadasına yekun vurulub. Azerisport.az xəbər verir ki, 31 müəssisədən 1239 iştirakçının qatıldığı spartakiadada Heydər Əliyev adına Neft Emalı Zavodu (692,5 xal) ümumi komanda hesabında qalib adını qazanıb. Neft Kəmərləri İdarəsi (637,5 xal) 2-ci, "Neft Daşları” NQÇİ (607,5 xal) isə 3-cü yeri tutub.

Bu gün "Neftçi İdman Klubu”nun inzibati binasının akt zalında qaliblərin mükafatlandırılması mərasimi keçirildi. Öncə klubun idman və sağlamlıq məsələləri üzrə baş meneceri Elmar Babanlı çıxış edərək iştirakçılara idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun adından yarışlarda göstərdikləri fəallığa görə minnətdarlığını bildirdi və onları qarşıdan gələn neftçilərin peşə bayramı münasibətilə ürəkdən təbrik etdi. Ardınca "Neftçi İdman Klubu”nun bədən tərbiyəsi üzrə meneceri Akif Məmmədov spartakiadanın gedişatı ilə bağlı fikirlərini bildirdi və neftçilərə gələcək işlərində müvəffəqiyyətlər arzuladı.

Sonra qaliblərin mükafatlandırılmasına başlanıldı. Kubokları sahiblərinə klubun yetirməsi, cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli təqdim etdi.

Sonda çıxış edənlər spartakiadanın yüksək səviyyədə təşkil olunmasına görə SOCAR-ın prezidenti Rövnəq Abdullayevə, "Neftçi İdman Klubu”nun rəhbərliyi və kollektivinə bütün yarış iştirakçıları adından dərin minnətdarlıqlarını bildirdilər.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.