11 sentyabr 2015 18:30

Neft, qaz və kimya sənayesi işçilərinin XXIII Spartakiadası davam edir

Neft, qaz və kimya sənayesi işçilərinin XXIII Spartakiadasında atletika, üzgüçülük və şahmat yarışlarının ardınca darts, kəndirdartma və dama yarışlarına da yekun vurulub. Azerisport.az xəbər verir ki, Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində keçirilən yarışlarda darts növündə qadınlar və kişilər arasında Neft Kəmərləri İdarəsinin komandası liderliyi heç kəsə güzəşt etməyib. Heydər Əliyev adına Neft Emalı Zavodu hər iki cinsin nümayəndələri arasında ikinci olub. Qadınlar arasında "Neft Daşları” NQÇİ, kişi komandalarından isə "Siyəzənneft” NQÇİ 3-cü yerə çıxıb.

Kəndirdartma yarışında Heydər Əliyev adına NEZ-in İlqar Əliyev, Paşa Novruzov, Elvin Cəfərov, Nurulla İsgəndərov, Zamin Əsədov və Arif Qədimovdan ibarət komandası liderliyə yüksəlib. Neft Kəmərləri İdarəsi (Rafiq Əliyev, Rüstəm Cəfərov, Elşad Rzayev, İntiqam Cəlilov, Hüseyn Əliyev, Fuad İsmayılov) 2-ci, "Qaz İxrac” İdarəsinin komandası (Hikmət Əliyev, Rövşən Şahsuvarov, Emin Ağayev, Rüfət Məmmədov, Ramin Səfərov, Anar Məhərrəmov) isə 3-cü yeri tutub.

Dama növündə də Heydər Əliyev adına Neft Emalı Zavodunun komandası birinci olub. Neft Kəmərləri İdarəsi və Nəqliyyat Departamentinin komandaları isə müvafiq olaraq 2-ci və 3-cü pillələrdə qərarlaşıblar.

Hər üç idman növü üzrə qaliblərə klubumuzun diplom, medal və xatirə hədiyyələri təqdim olunub.

"Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə keçirilən spartakiada davam edir.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.