10 sentyabr 2015 15:40

Spartakiadanın 4 günü arxada qaldı

"Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə keçirilən neft, qaz və kimya sənayesi işçilərinin XXIII Spartakiadası davam edir. Azerisport.az xəbər verir ki, artıq yarışların dördüncü günü sona çatdı. Xəbər verdiyimiz kimi, 14 idman növü üzrə keçirilən spartakiadada atletika və üzgüçülük yarışlarına yekun vurulub.

Bu gün isə şahmat növü üzrə yarışlar başa çatıb. Artıq şahmat yarışlarında qaliblər də müəyyən olunub və onların mükafatlandırılması mərasimi keçirilib. Bu növdə Neft Kəmərləri İdarəsinin İlqar Qasımov, Nicat Mirzəyev və Zülfiyyə Əmirbəyovadan ibarət komandası qalib adını qazanıb. "Azəriqaz” İstehsalat Birliyi (Xəyyam Həsənov, Nazim Əsədov, Zemfira Baxışova) 2-ci, Heydər Əliyev adına Neft Emalı Zavodunun komandası (Şahid Şəmilov, Musa Vəliyev, Mirvari Məmmədova) isə 3-cü yerə çıxıb.

Qeyd edək ki, mini-futbol, voleybol, stritbol və dama yarışları davam edir. Sabah isə daşqaldırma, darts, kəndirdartma və stolüstü tennis növləri üzrə yarışlara start veriləcək.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.