31 avqust 2015 14:15

Neftçi İdman Klubunun idmançısı İspaniyada birinci oldu

İspaniyanın San-Sebestyan şəhərində gənclər arasında kik-boksinq üzrə Avropa birinciliyi başa çatıb. Azerisport.az xəbər verir ki, yarışda qitənin ən güclü gənc kik-boksçuları ilə yanaşı Azərbaycan milli komandası da mübarizə aparıb.

Avropa birinciliyində millimizin heyətində "Neftçi İdman Klubu"nun 10 üzvü - Zəlimxan Süleymanov, Zayal Əliyev, Çingiz Əhmədzadə, Qiyas Şahmarfanov, Nəcməddin Məmmədzadə, Kamran Bayramov, Məqsəd Hacıyev, Elvin Məhərrəmov, Rauf Gərayzadə və Elmir Süleymanov yer alıb. Azərbaycan idmançıları nəticədə 8 medal qazanaraq mötəbər yarışı uğurla başa vurublar. Sevindirici haldır ki, bu medallardan 5-ni "Neftçi İdman Klubu"nun yetirmələri qazanıb.

51 kq çəki dərəcəsində yarışan Çingiz Əhmədzadə bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. 75 kq çəkidə mübarizə aparan Elmir Süleymanov yalnız finalda uduzaraq gümüş medal qazanıb. "Neftçi İdman Klubu"nun daha 4 üzvü - Elvin Süleymanov, Nəcməddin Məmmədzadə, Qiyas Şahmərdanov və Kamran Bayramov Avropa birinciliyini 3-cü yerdə başa vurublar.

Beləliklə baş məşqçi Ehram Məcidovun yetirmələri bu il "Neftçi İdman Klubu"na Respublika Kubokunu qazandırdıqdan sonra, Avropa birinciliyini də zəfərlə başa vurublar.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.