7 avqust 2015 19:40

Bakıda əlillər arasında boulinq çempionatı keçirildi

7 Avqust 2015-ci il tarixində Bakı Əyləncə Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dəstək Şurasının maliyyə, Milli Paralimpiya Komitəsinin, Boulinq Federasiyasının və idmanla sağlam həyatın sintezinin təşkil olunduğu "AAAF Park" Yaşayış Kompleksinin təşkilatı dəstəyi ilə "Əlil İdmançılara Dəstək" İctimai Birliyinin “Biz hər şeyə qadirik” layihəsi çərçivəsində əlil arabası istifadəçiləri arasında Boulinq idman növü üzrə III Açıq Azərbaycan çempionatı keçirilib. Azerisport.az xəbər verir ki, yarışda Milli Paralimpiya komitəsinin müxtəlif sahələri üzrə idmançıları və keçən illərin qalibləri iştirak etmişlər. Yarışa ilk dəfə olaraq Ukraynanın "AİK" təşkilatından da idmançılar qatılmışlar. Ümumilikdə 21 nəfər idmançı yarışa qatılıb.

Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi nazirliyin nazir müavini, Milli Paralimpiya Komitəsinin prezidenti cənab İlqar Rəhimov cixiş edərək, son illər ölkəmizdə
idmanın sürətli inkişafından, ölkə başcisi cənab İlham Əliyevın bu sahəyə, xüsusən paralimpiya hərakatının inkişafına olan diqqet ve qaygısıdan danışdı. O, öz çıxışında paralimpiya idman növlərilə yanaşı, qeyri-paralimpiya idman növlərinin də inkişafının vacib olduğunu qeyd etdi.

Daha sonra Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri, Milli Paralimpiya Komitəci İcraiyyə Komitısinin üzvü Aydın Məmmədov çıxış edərək idmançıları salamlayaraq, onlara uğurlar arzuladı.

Yarışda kişilər arasında Ukrayna təmsilçisi Dmitriy Shebetyuk 3-cü, həmyerlilərimiz Faiq Əsədullayev 2-ci və Amid Həsənquliyev 1- ci yerin sahibi olmuşdular. Qadınlar arasında 3-cü yerin sahibi Azadə Abdullayeva, 2- ci yerin sahibi Ukrayna təmsilçisi Mariya Nikitina, yarışın qalibi isə Gülnaz Hidayətova olmuşdur. Qaliblərə kubok, medal, diplom və “Lilak” gül salonundan hədiyyə təqdim olunmuşdur.

Yarış çərçivəsində “Əlil İdmançılara Dəstək” və “İstedadlı Əlillər” İctimai Birlikləri arasında anlaşma memorandumu imzalandı və Babayev Zöhrab Baba oğlu “Əlil İdmançılara Dəstək” İctimai Birliyinin sədr müavini vəzifəsinə təyin olundu.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.