19 may 2015 00:15

Radik İsayev: Çempionluğu valideynlərimə həsr edirəm

Taekvondo üzrə dünya çempionu Radik İsayev azerisport.az saytının suallarına cavab verib.

- Dünya çempionatında keçirdiyin görüşlər barədə nə deyə bilərsən?
- Çempionata gələndə qızıl medal arzusundaydım. İlk görüşdən maksimum diqqətli olmağa çalışdım. Bütün görüşlərim çətin keçdi. Xüsusilə 1/4 finalda fransız, yarımfinalda isə kubalı rəqiblərə qarşı çətinlik oldu. Bununla belə, qalib gəlməyi bacardım. Finala vəsiqə qazanandan sonra yalnız çempionluq haqda düşünürdüm. Çox sevinirəm ki, Azərbaycana qızıl medalla qayıdacağam. Bu uğur ilyarımlıq əziyyətin bəhrəsidir. Bu medal bütün komandamız və federasiyamız üçün çox vacib idi. Mənə dəstək olan bütün insanlara təşəkkür edirəm.

- Final görüşü haqda nə deyə bilərsən?
- Finalda özbək Casur Baykuziyevə qarşı mübarizə apardım. İndiyə qədər onunla üç dəfə görüşmüşük. Bir dəfə mən, iki dəfə rəqib qələbə qazanıb. Final görüşü ərəfəsində əvvəlki döyüşlər haqda düşünmürdüm. Finalda məğlubiyyəti ağlıma gətirmirdim. Çempion olmaq lazım idi. Bununla idmançı kimi arzularımdan birini həyata keçirdim.

- Komanda yoldaşların medal qazana bilmədi. Demək olar ki, qazandığın medalla uğursuzluğu unutdurdun...
- Hər bir idmançımız uğur qazanmaq istəyirdi. Sadəcə, bəzi məqamlara görə alınmadı. Dünya çempionatında hər bir ölkə qızıl medal qazana bilmir. Əsas odur ki, Azərbaycanın qızıl medalı var.

- Bundan sonra karyeranda əsas hədəf nə olacaq?
- Qarşıdan bizi Avropa Oyunları gözləyir. Sözsüz ki, Bakıda keçirilən yarış hər bir idmançı üçün böyük məsuliyyətdir. Çox istərdim ki, uğurumu davam etdirim. İstirahətdən sonra Avropa Oyunlarına hazırlaşmağa başlayacağıq. Bu oyunlarda hər bir idmançımız gücünü ortaya qoymalıdır.

- Dünya çempionu kimi 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına düşmək şanslarını necə qiymətləndirirsən?
- Rusiyada arzularımdan biri reallaşdı. Olimpiadada iştirak etmək ən böyük arzumdur. Bildiyiniz kimi, dörd ildən bir keçirilən yarışda ən güclülər toplaşır. Gələn il o mötəbər yarışın iştirakçısı və qaliblərindən olmaq istərdim. Bunun üçün çox çalışmalıyam.

- Qələbəni kimə həsr edirsən?
- Bu uğurda məşqçlərin və mənə dəstək olan insanların böyük əməyi var. Hər birinə təşəkkür edirəm. Qələbəni anamla atama həsr edirəm. Onları sevindirdiyimə görə xoşbəxtəm.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.