10 aprel 2015 13:00

Tural Bayramov: Dünyanın bütün güclü döyüşçüləri ilə rinqdə görüşməyə hazıram

Moldovada K-1 üzrə KOK – King of Kings World Gran Pri turnirində 75 kq çəki dərəcəsində ölkəmizi təmsil edən idmançımız Tural Bayramov yerli döyüşçü Sergey Morariy üzərində parlaq qələbə qazanıb. Azerosport.az xəbər verir ki, qazanılan parlaq qələbə münasibətiylə Bakıda jurnalistlər üçün mətbuat konfransı keçirilib. Konfransda K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi, "Best of the Best" promoşn qrupunun prezident Elnur Məmmədov, idmançılar, 3 qat dünya çempionu Tural Bayramov, Ziya Bayramov, “Best of the Best” promoşunun idman direktoru və məşqçi Rövşən Heybətov, həmçinin məşqçi Ruslan Musayev iştirak edib.

Tural Bayramovun görüşü göstərildikdən sonra ilk olaraq Elnur Məmmədov çıxış etdi. "Best of the Best" promoşn qrupunun prezidenti Turalı qələbə münasibətiylə təbrik etdi: “Qələbədən sonra Turalın ətrafına azarkeş kütləsi yığıldı və biz onu itirdik. Bu döyüş “Eurosport” kanalının top onluğuna düşdü. Döyüşdən sonra Moldovanın sabiq prezidenti Vladimir Voronin Turalı təbrik etdi. İdmançımızın yüksək səviyyədə çıxışı yerli azarkeşlər tərəfindən alqışla qarşılandı”.

"Best of the Best" promoşn qrupunun prezidenti idmançımızın döyüşə yaxşı hazırlaşdığını deyib: “Rəqib Moldovanın bir nömrəli döyüşçüsü idi. Tural yaxşı hazırlaşmışdı və ona heç bir şans vermədi. İdmançımızın hazırlığına görə, yeni idman direktoru və məşqçi Rövşən Heybətova minnətdarlığımı bildirirəm. Bu yarış Moldova üçün idman bayramı idi. Döyüşlərə 5 nazir, 9 millət vəkili və ölkənin keçmiş prezidenti də baxırdı. Yarışdan öncə Azərbaycanın Moldovadakı diaspora rəhbəri Vüqar Novruzov zəng edib bizə uğurlar arzuladı və döyüş zamanı idmançımıza dəstək olacağını qeyd etdi. Azərbaycanın Moldovadakı səfiri xəstələndiyi üçün, onun yarışa müşaviri gəlmişdi”.

E. Məmmədov Moldovanın sabiq prezidenti Vladimir Voroninlə də görüşdüklərini bildirib: “Görüşdə Vladimir Voronin Turalın döyüşündən zövq aldığını dedi. Bildirdi ki, çoxdandır belə döyüş izləmirdi. O, bundan sonra da Turalın döyüşlərə dəvət ediləcəyini, əməkdaşlığın genişləndirəcəyini vurğuladı”.

Turnirin qalibi Tural Bayramov isə rəqibinin güclü olduğunu, döyüşə yaxşı hazırlaşdığını qeyd edib: “Rəqib gözlədiyimdən də yaxşı hazırlaşmışdı. Döyüşdən sonra məşq yoldaşları neçə aylardır onun bu döyüşə hazırlaşdığını bildirdilər. Mən həm texniki, həm taktiki, həm də psixoloji cəhətdən yüksək səviyyədə hazırlaşmışdım. Məşqçilərin verdiyi tapşırıqları yerinə yetirdim. Döyüş zamanı rəqibi əsəbləşdirdim və psixoloji cəhətdən onu üstələdim. O, döyüşdən əvvəl hazırlığımızı və əhval-ruhiyyəmizi görəndə artıq psixoloji cəhətdən məğlub olmuşdu. Rinqdə də həm taktiki, həm fiziki, həm də psixoloji cəhətdən üstün oldum və qalib gəldim”.

Jurnalistlərə açıqlamasında Tural Bayramov dünyanın bütün top döyüşçüləri ilə qarşılaşmağa hazır olduğunu qeyd edib: “Dünyanın bütün güclü döyüşçüləri ilə rinqdə görüşməyə hazıram. Mən bəzi idmançılar kimi, insanları aldatmıram. İndiyə qədər döyüşdüyüm rəqiblərimin hamısı ən güclülərdəndirlər”.

Rövşən Heybətov qələbəyə görə çox sevindiyini, Tural Bayramovun tapşırıqlarını tam şəkildə yerinə yetirdiyini bildirib: “Tural hazırlıq prosesində və döyüşdə məşqçilərin tövsiyyələrini yerinə yetirdi və güclü rəqibini məğlub etdi. Hər rəqiblə eyni istiqamətdə döyüşmək olmaz. Biz Moldova idmançısının döyüşlərini izlədik və təhlil etdik. Onun döyüşünə uyğun taktika müəyyənləşdirdik və Bayramovu o istiqamətdə hazırladıq. Turalla işlmək zövq verdi.Mən əsasən xaricdə çalışıram. Orada yığdığım təcrübəni Azərbaycan idmançılarına öyrətməyə hazıram. Ölkəmizdə bu idman növünə böyük maraq var. Gələcəkdə də idmançılarımız böyük uğurlar əldə edəcəklər”.

Sonda K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi Elnur Məmmədov gələcək planlarla bağlı məlumat verdi: "Mayda mötəbər Gran-Pri silsiləsindən olan turnirə dəvət almışıq. Həmin yarışda ölkəmizi Alim Nəbiyev təmsil edəcək. Hazırda o Tailandda təlim-məşqdədir. İyunda isə Almaniyada keçiriləcək yarışda təmsilçimiz olacaq. Tural Bayramov çəkisini aşağı sala bilsə onun turnirdə iştirakına baxılacaq. İstənilən halda idmançılarımız yalnız səviyyəli yarışlarda iştirak edəcək. Biz yalançı turnirlərdə iştirak etmək və qələbə qazanmaq istəmirik. Bir də görürsən bir idmançı dəfələrlə dünya çempionu olub. Amma onun yarışlarına baxanda turnirin səviyyəsini görürsən".

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.