31 mart 2015 14:30

Kikboksinq Federasiyasından Eduard Məmmədovla bağlı sərt açıqlama

Azərbaycan Kikboksinq Federasifasının vitse-prezidenti Güloğlan Cabbarov tanınmış kikboksinq ustası Eduard Məmmədova qarşı sensasion açıqlama ilə çıxış edib. Azerisport.az xəbər verir ki, vitse-prezident idmançını qeyri-rəsmi turnirlərdə iştirak etməkdə ittiham edib:

“Eduard Məmmədov bizim ən titullu idmançımızdır. Təəsüflər olsun ki, onun başı ciddi yarışlara yox, heç kim tərəfindən rəsmi qəbul edilməyən turnirlərə qarışıb. Mən tam rəsmi şəkildə demək istəyirəm ki, nə biz, nə də Gənclər və İdman Nazirliyi Ümumdünya Kikboksinq Assosiasiyasının (WAKO) təşkilatçığı altında keçirilən yarışlardan başqa heç bir yarışı tanımırıq və orada qazanılan hər bir "titulu"da qəbul etmirik. Təkcə biz yox, hətta kikboksinq aləmində məşhur olan ölkələr də həmçinin. Bizim kikboksinq üzrə 2009-cu ildən sonra heç bir dünya çempionumuz olmayıb. Eduard WAKO üzrə 3 qat Dünya çempionudur və bu böyük bir uğurdur. Amma Eduard belə hərəkətləriylə, belə saxta titullarla öz həqiqi nəticələrini ucuzlaşdırır. Ciddi yarışlara hər hansı bir bəhanə ilə qatılmaq istəmir və nəticədə titul dalınca qaçaraq, özünü də, bizim idman növünü də gözdən salır. Onu da qeyd edim ki, bizim yığmamızın kikbokçuları Eduard qatılan yarışlara bir məşq kimi baxır və heç kəs orada qazanılan qələbələri əlində bayraq etmir”, - deyə Güloğlan Cabbarov bildirib.

Xatırladaq ki, Eduard Məmmədov yerli KİV-ə 21-ci dəfə dünya çempionu olduğunu rəsmən bəyan edib. (ATV)

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.