5 mart 2015 00:15

Səmti müəyyən etmə idman növü ilk medal

Səmti müəyyən etmə idman növü üzrə 26 fevral – 1 mart tarixlərində Türkiyənin Antalya və Alanya şəhərlərində keçirilən Dünya reytinqli yarışa (WRE statuslu) yekun vurulub. Azerisport.az xəbər verir ki, yarışa Dağçılıq İdman Klubu, Neftçi İB, Bakı Azimutu klublarından ümumilikdə 11 idmançı qatılıb.

Keçirilmiş yarış Azərbaycanın səmti müəyyən etmə idmanı üçün böyük uğurla yadda qalıb. Belə ki, Alanya şəhərinin Cebeli Reis, Gedevet və Alanya Kastl ərazilərində qısa, orta məsafələr  və eləcə də sprint üzrə M40 kateqoriyasında çıxış edən idmançımız Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı, Bakı Azimutu klubunun üzvü Xəyyam Məmmədov dörd mərhələnin cəmi üzrə üçüncü yeri tutaraq yarışın bürünc medalına sahib olub.

Azərbaycan tarixində ilk dəfə olaraq səmti müəyyən etmə idman növü üzrə beynəlxalq statuslu yarışda qazanılmış medal ölkəmiz üçün idman sahəsində əldə edilmiş uğurlardan biridir.

Məlumat üçün qeyd edək ki, hər il Türkiyədə təşkil olunan WRE (Dünya reytinqli yarış) statuslu  “Antalya O Days” turnirinə ölkəmiz ilə yanaşı İsveç, Finlandiya, Danimarka, Norveç, İsveçrə, Rumıniya, Rusiya, Belarus, Qazaxıstan kimi ölkələr də qatılmışlar.  Ümumilikdə 2000-dən çox idmançı 12-dən çox kateqoriya üzrə keçirilən yarışda qüvvələrini sınayıblar.

Sonda onu da qeyd edək ki, ölkəmizdə səmti müəyyən etmə idman növü üzrə klublar artmaqdadır və bunlar da gələcəkdə keçirilən beynəlxalq yarışlarda ölkəmiz adına öz müsbət təsirini göstərəcək.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.