27 fevral 2015 15:00
Zaur Hacıbabayev Zaurbek Başayevlə sabah qarşılaşacaq
Fevralın 28-də Qroznıda MMA üzrə Qran Pri turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycanı MMA üzrə dünya və Avropa çempionu, “Baku Fighters” klubunun üzvü Zaur Hacıbabayev təmsil edəcək.
İdmançımızın rəqibi pankration üzrə dünya çempionu rusiyalı Zaurbek Başayev olacaq.
Qeyd edək ki, Zaur Hacıbabayev Gənclər və İdman Nazirliyi tərəfindən 2014-cü ilin idmançısı seçilərək “Zəfər” mükafatına layiq görülüb.
