26 fevral 2015 17:00

Luxor Openlə Qatar Opendə çıxış edəcək taekvondoçularımızın siyahısı açıqlandı

Taekvondo üzrə kişilərdən ibarət milli komandamız Misir Ərəb Respublikasının Lüksor şəhərinə yollanır. Azerisport.az xəbər verir ki, 27 fevral - 1 mart aralığında təşkil edilən və sayca 2-ci olan G2 kateqoriyalı “Luxor Open”ə qatılacaq millimiz turnirdə 11 taekvondoçu ilə təmsil olunacaq.

Xatırladaq ki, ötən il komanamızın üzvləri bu yarışda 3 qızıl və 3 gümüş medal qazanmışdı.

Turnir başa çatandan sonra millimiz birbaşa daha bir beynəlxalq yarışa qatılacaq. Belə ki, kişilərdən ibarət komanda 6-7 martda Qətərin paytaxtı Doha şəhərində sayca 1-ci dəfə keçiriləcək “Qatar Open”də də eyni heyətlə mübarizəyə qatılacaq.Komandanın baş məşqçisi Reza Mehmandoust və böyük məşqçi Elnur Amanov aşağıda adları göstərilən taekvondoçuları turnirə cəlb edib.

1. Natiq Abdullayev (-54 kq)
2. Mikayıl Əliyev (-58 kq)
3. Maqomedyasin İbraqimov (-58 kq)
4. Məhəmməd Məmmədov  (-63 kq)
5. Kamil Abdulrazakov (-63 kq)
6. Ayxan Tağızadə (-68 kq)
7. Fariz Əliyev (-68 kq)
8. Səid Quliyev (-74 kq)
9. Elvin Məmmədov (-74 kq)
10. Radik İsayev (-87 kq)
11. Ceyhun Həsənli (+87 kq)

Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidentləri Nağı Səfərov və Niyammədin Paşayevin rəhbərliyi ilə yarışlara qatılacaq taekvondoçularımız martən 8-də vətənə dönəcəklər.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.