23 fevral 2015 19:00

İdmançılarımız Xocalıya Ədalət yazılı forma ilə döyüşəcəklər

Azərbaycanın peşəkar K-1 döyüşçüləri fevral ayının 26-da Rusiyanın Moskva şəhərində keçiriləcək “RUSSIA GRAN PRI OPEN” GPRO 16 adlı peşəkar turnirdə iştirak edəcək. Azerisport.az xəbər verir ki, turnirdə idmançılarımız “Xocalıya Ədalət” və Baku – 2015 Olimpiya oyunlarını təbliğ edəcək.

Bu mötəbər gecədə Azərbaycanın və Yaxın Şərqin K-1 nümayəndəliyinin “Best of the Best Promotion”un rəhbəri Elnur Məmmədovun dəstəyi ilə üç peşəkar idmançı Tural Bayramov, Alim Nabiev, Xəyal Canıyev iştirak edəcək.

İdmançılarımız “Xocalıya Ədalət” yazılı forma ilə döyüş arenasına çıxacaqlar. Peşəkar döyüşlər Rusiyanın BOETS  kanalı ilə canlı olaraq yayımlanacaq.

Alim Nabievin rəqibi Kumer Caliev olacaq. Tural Bayramovun rəqibi Rusiyanın ən güclü gənc ulduz idmançısı Artyom Paşporin, Xəyal Canıyevin rəqibi isə “SuperBon” ləqəbli döyüşçü olacaq. Daha sonra gecədə rusiyalı Cabbar Askerov kimi ulduz idmançılar da yer alacaq.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.