1 dekabr 2014 13:58

Azərbaycan millisi Türkiyədə daha 3 qızıl medal qazandı

28-30 noyabr tarıxlərində Dünya Taekvondo Federasiyası (DTF) və Türkiyə Taekvondo Federasiyası (TTF) tərəfində təşkil edilən G1 kateqoriyalı “Turkish open” başa çatıb. Azerisport.az xəbər verir ki, bu yarışda ölkəmizi, klublardan yalnız "Neftçi İSM" və "Gilan T.K"-nın üzvləri milli komandanın tərkibində qüvvələrini sınayıblar.

Milli komanda turnirdə 38 idmançı və məşqçi heyəti ilə iştirak edib. Ölkəmizi təmsil edən taekvondoçularımız aktivlərinə 10 medal əlavə ediblər. Bunlardan İlham əliyev (-45 kq), İlayda Kardelen (-44 kq), Gülhanım Yeşildal (-55 kq) qızıl, Mikayıl Əliyev (-58 kq), Əli İsazadə (-45 kq) gümüş, Ceren Özbək  (-46 kq), Gülsüm Gültekin (-59 kq), Ramin Əzizov (-80 kq), Bayraməli Vəliyev (-87 kq) və Radik İsayev (-87 kq) yarışı bürünc medalla başa vurub.

Xatırladaq ki, yarışda hakimlər qismində ölkəmizi hakimlər komitəsinin baş hakimi, beynəlxalq dərəcəli hakim Elşən Quliyev və Elşad Məmmədov təmsil edib. (ATF)

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.