29 noyabr 2014 11:54

Pərviz Abdullayevin növbəti rəqibi müəyyənləşdi

Belarusun paytaxtı Minsk şəhərində K1 qaydaları üzrə dünya kəməri uğrunda superdöyüşdə qələbə qazanan Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Pərviz Abdullayevin bu uğuruna həsr olunan mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki 72,5 kq çəki dərəcəsində ən güclü adını qazanmaq üçün baş tutan mərakeşli Rəşid Belani ilə qarşılaşmanın yekunları ilə bağlı tədbir Bakıdakı “Qafqaz Point” otelində təşkil olunub. Mətbuat konfransında kikboksçu ilə yanaşı, “Qəbələ”nin döyüş növləri üzrə əlaqələndiricisi Səbuhi Qarayev və Abdullayevin şəxsi məşqçisi Mehman Umudov da iştirak ediblər.

Qarayev “Qəbələ”də digər idman növlərinə ayrılan diqqətdən, məqsədlərdən danışıb: “Qəbələ” İdman Klubunda bir çox bölmələr fəaliyyət göstərir. Bu yaxınlarda bizdə sərbəst güləş bölməsi də fəaliyyətə başladı. Məqsədimiz, uşaq-yeniyetmələrimizi sağlam ruhda tərbiyələndirməkdir”.

Minskdəki döyüşlə bağlı danışan Umudov isə yetirməsinin asanlıqla qalib gəlməsinə baxmayaraq, rəqibinin zəif olmadığını bildirib. Onun sözlərinə əsasən döyüşün tez bitməsi Belaninin zəif olması ilə deyil, idmançımızın daha güclü olması ilə bağlıdır.
“Həmişəki kimi yenə döyüşə daha hazırlıqlı idim. Belani ilə qarşılaşmaya 2 ay əvvəldən hazırlaşmağa başlamışdım. Bunun nəticəsində də taktiki və texniki cəhətdən heç bir çatışmamazlığım yox idi. Rəqibimi də yaxşı öyrənmişdim. Düzgün üslub seçib, həlledici məqamda afrikalını nokauta göndərdim”.

Abdullayev karyerası ilə bağlı planlarını da açıqlayıb. O bildirib ki, növbəti döyüşünü 2015-ci ilin fevralında keçirəcəyi də, rəqibi də müəyyənləşib: “2015-ci ildə də reytinq xarakterli döyüşlərdə qüvvəmi sınayacağam. İlk belə sınaq fevrala planlaşdırılıb. Həmin vaxt “Draqu” ləqəbli erməni kikboksçusu Qoqa Arutyunyanla qarşılaşacağam. Rəqibim K1-də tanınmış rinq ustalarından biri sayılır. Promouterlər bu görüşün maraqlı, gərgin və diqqətçəkən olacağını nəzərə alıb, belə bir dueli təşkil ediblər. Həmin döyüşdə də qalib gəlib, xalqımızı sevindirərəm”. (klub saytı)

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.