24 noyabr 2014 14:27

Zaur Hacıbabayev: Çox sevinirəm ki, məhz Bakıda Avropa çempionu oldum

MMA üzdə dünya kubokunun qalibi,  Avropa, Asiya  və dünya çempionu Zaur Hacıbabayev Bakıda keçirilən Avropa çempionatından sonra azerisport.az-ın suallarına cavab verib. İdmançı Azərbaycanda çempion olmasının təəssüratlarını bölüşüb:

"İlk olaraq "Sərhədçi"də mənə dəstək olan insanlara təşəkkür edirəm. MMA üzrə dünya çempionu olandan sonra Avropa çempionu olmaq ən böyük arzum idi. Buna görə yarışın paytaxtımızda keçirildiyini eşidəndə çox sevindim. Ardıcıl görüşlərdən sonra finalda mübarizə aparmaq imkanı qazandım. Finala çıxanda zaldakı insanların alqışlarını eşidəndə öz-özümə dedim ki, bu gün qalib gəlməyə borcluyam. Çox sevinirəm ki, məhz Bakıda Avropa çempionu oldum. Mənə göstərdikləri dəstəyə görə məşqçilərimə, Azərbaycan MMA Liqasının fəxri prezidenti Rövşən Həsənova təşəkkür edirəm".

Hacıbabayev final görüşünün çox çətin alındığını etiraf edib: "Rusiya idmançısıyla görüşüm çox çətin keçdi. Bu əvvəldən gözlənilirdi. Çünki Rusiya komandası Bakıda güclü heyətlə gəlmişdi. 5 qızıl medal qazanmışdılar. İlk raund zamanı rəqib üstünlük qazansa da ona uduzmadım. Güclü zərbələrlə ona həyəcan yaşatdım. İkinci hissə onun üstünlüyü ilə başlasa da, sonda mən ona çoxlu güclü zərbələr endirdim. Hətta bir dəfə küncə salaraq çoxlu zərbə vurdum. Hakimlər qalibin əlavə raund zamanı müəyyən olunacağını bildirdi. Belədə bütün gücümü toplayıb əlavə 5 dəqiqə ərzində də rus idmançıyla mübarizə apardım. Onun yorğunluğu hiss olunurdu. Ona görə ağılla hərəkət edərək daha çox zərbə vurmağa çalışdım. Aparıcı adımı səsləndirəndə özümü saxlaya bilmədim. Göz yaşlarımı güclə saxladım. Azərbaycanda çempion olmaq ikiqat sevindiricidir. Buna görə təsirlənmişdim".

Azərbaycan komandasının çıxışını qiymətləndirən Zaur Hacıbabayev 4 medal qazanmağımızı uğurlu nəticə kimi dəyərləndirdi: "Azərbaycan komandası Avropa çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazandı. Həmkarım Taleh Nəcəfzadə gümüş medala layiq görüldü. Finalda onun zədəli olması sona qədər mübarizə aparmasına imkan vermədi. Bununla belə yarışın yüksək səviyyədə keçirilməsi müsbət haldır. Qonaqlar çempionatdan razı qaldı. Dünya Kubokundan sonra Avropa çempionatının Bakıda təşkili MMA-a olan marağı daha da artıracaq".

Avropa çempionu qızıl medalı MMA-ın əfsanəsi Fyodr Yemelyanenko tərəfindən almasını həyatının ən vacib məqamlarından biri kimi dəyərləndirdi: "Qızıl medalı MMA-ın əfsanəsi Fyodr Yemelyanenko tərəfindən aldım. Fyodr Yemelyanenko MMA-ya adını qızıl hərflərlə yazıb. Ona layiqli olaraq "sonuncu imperator" deyirlər. Medalı boynumdan asandan sonra məni təbrik etdi. Bağlanış mərasimindən sonra onunla söhbətləşmək imkanı oldu. Yemelyanenko söylədi ki, üzərimdə daha çox işləməliyəm. Belə davam etsəm özümü peşəkarların yarışında da sübut edə bilərəm. Belə sözləri Yemelyenankodan eşitmək mənim üçün çox xoş oldu".

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.