23 noyabr 2014 12:40

Kassandra Xəzər Kubokunda ən yaxşı oldu

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Novxanı qəsəbəsindəki “Sərhədçi Atçılıq Mərkəzi”nin manejində atçılığın konkur növü üzrə “Xəzər Kuboku” adlı “CSI-1*” kateqoriyalı beynəlxalq turnir başa çatıb. Azerisport.az xəbər verir ki, yarışda  Azərbaycan, Gürcüstan, Türkiyə,  Rusiya, Luksemburq və İrandan olan idmançılar iştrak edib.

“Xəzər Kuboku”nun ilk günü iştirakçılar hündürlüyü 125 sm olan maneələri aşıblar. Luksemburqlu Marsel Even, “Kasandra MNM” ləqəbli atla bütün rəqiblərini qabaqlayaraq birinci olub. Günün ikinci yarışında isə iştirakçılar hündürlüyü 135 sm olan maneələri dəf ediblər. Bu dəfə də qalib adını “Kasandra MNM”lə Marsel Even qazanıb. Yarışın ikinci günü çaparlar əvvəlcə hündürlüyü 130 sm olan maneələri keçiblər. Azərbaycan təmsilçisi Elmar Abdullayev “Vudi” ləqəbli atla birinci olub. 140 sm maneələri aşmaqda isə Gürcüstan idmançısı Şalva Qaçeçiladze fərqlənib. Yarışın final günü isə idmançılar 145 sm-lik maneələri aşıblar. Azərbaycan təmsilçisi Patrik Mc Entee “Tall boy” ləqəbli atla bütün rəqiblərini qabaqlayıb.

Qeyd edək ki, Turnirə Azərbaycan, Türkiyə, Bolqarıstan və İrandan dəvət olunan hakimlər kollegiyası nəzarət edib.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.