23 noyabr 2014 12:10

Pərviz Abdullayevdən növbəti nokaut

Belarusun paytaxtı Minsk şəhərində kikboksinq ustalarının iştirakı ilə döyüşlər keçirilib. Azerisport.az xəbər verir ki, “Mix Fighter” klubunun təşkil etdiyi “Yeni üfüqlər” yarışı “Minsk-Arena”da baş tutub. Qrand-final döyüşlərinin keçirildiyi gecədə 14 ölkə təmsilçisi rinqə çıxıb.

Əvvəl “Minsk-Arena”nın rinqində dünya yığması ilə təşkilatçı klubun üzvləri arasında döyüşlər baş tutacaq. Ardınca isə tamaşaçılar 4 superdöyüşün şahidi olub. İlk belə döyüşdə Azərbaycan və “Qəbələ” İdman Klubunun təmsilçisi Pərviz Abdullayev rinqə çıxıb. Onun rəqibi Hollandiyanın VOS GYM klubunu təmsil edən Mərakeş idmançısı Raşid Belani olub. Onlar K1 qaydaları ilə baş tutan döyüşdə 72,5 kq çəki dərəcəsində dünya çempionunu müəyyənləşdirib. Afrikalı idmançını nokauta salan 28 yaşlı idmançımız zəngin kəmər kolleksiyasına dünya çempionu kəmərini də əlavə edib.

Xatırladaq ki, Abdullayev bu ilin yayında Qəbələdə baş tutan döyüşdə çinli Jiao Fukaini də nokautla məğlub etmişdi. (klub saytı)

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.