18 noyabr 2014 16:05

Rövşən Həsənov: Gələcəkdə MMA üzrə Azərbaycanda daha böyük yarışlar keçiriləcək

Azərbaycan MMA Liqasının fəxri prezidenti, Avropa MMA Assosiasiyasının vitse-prezidenti Rövşən Həsənov Bakıda keçirilən Avropa çempionatının nəticələrindən razı qaldığını bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

“Qitə birinciliyi MMA üzrə ölkəmizdə keçirilən ən böyük yarış oldu. Biz WMMAA-nın etimadını doğrultmağa çalışdıq. Ümumdünya Qarışıq Döyüş növləri Assosiasiyasının prezidenti Vadim Finkelşteyn, MMA-ın canlı əfsanəsi Fyodr Yemelyanenko təşkilatçılığı yüksək qiymətləndirdi. Bizə bu yarışı keçirməkdə dəstək olan Gənclər və idman naziri Azad Rəhimova təşəkkür etmək istərdim. 4 medal qazanmaqla millimiz komanda hesabında ikinci yeri tutdu”.

İdmançılarımızın çıxışına gəlincə Rövşən Həsənov Avropa çempionu Zaur Hacıbabayevin qələbəsini xüsusi qeyd etdi: “Zaur bu il dünya çempionu olub. Asiya birinciliyinin qalibidir, Dünya Kubokunun sahibi olub. Kolleksiyasında yalnız qitə çempionluğu yox idi. Həmin titulu da Bakıda qazandı. Eyni zamanda Taleh Nəcəfzadə fədakarlıq nümayiş etdirdi. Yarımfinalda zədələnsə də finalda sona qədər yarışdı. Halbuki zədə olmasaydı Nəcəfzadə qızıl medal qazana bilərdi”.

Rövşən Həsənovun sözlərinə görə MMA üzrə dəfələrlə dünya və Avropa çempionu olan Fyodr Yemelyanenko Bakıya səfərindən məmnunluqla ayrılıb: “Fyodr Yemelyanenko MMA-ın əfsanəsidir. Onun çox sıx iş qrafiki var. Hər bir yarışda iştirak etmək imkanı olmur. Bununla belə dəvətimizi qəbul edərək ölkəmizə gəldi. 2 gün bizimlə birgə yarışları izlədi. Qonaq Bakının gözəlliyinə valeh olub. Biz onunla birgə Dövlət Bayraq Meydanında, İçəri Şəhərdə olduq. Yemelyanenko Bakının Avropanın gözəl şəhərləri sırasında olduğunu dedik. Şəhərimizə görə çox sevindik. Avropa çempionatı zamanı qonağımıza azarkeşlər və media tərəfindən böyük diqqət göstərildi. Ona görə Fyodrun gələcəkdə də ölkəmizə səfərləri olacaq. Onunla birgə yeni idman layihələrini həyata keçirəcəyik”.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.