12 noyabr 2014 13:40

Bakıda kompyuter oyunları üzrə 6-cı Dünya Çempionatı keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 sentyabr 2014-cü il tarixli Sərəncamına müavafiq olaraq, 12-16 noyabr 2014-cü il tarixlərdə Bakı şəhərində Kompüter oyunları üzrə 6-cı Dünya Çempionatı (The 6th e-Sport World Championship) keçiriləcək. Azerisport.az xəbər verir ki, çempionat Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Beynəlxalq Kiber İdman Federasiyası (The International e-Sports Federation) və Azərbaycan Kiber İdman Federasiyası ilə birgə həyata keçirilir. Çempionatın açılışı və oyunlar üzrə yarışlar Bakı Kristal Zalında (Baku Crystall Hall) 13 noyabr 2014-cü il tarixdə saat 17.30-da baş tutacaq.

Qeyd edək ki, Kompüter oyunları üzrə Dünya Çempionatları 2009-cu ildən etibarən özündə 48 üzv ölkəni birləşdirən Beynəlxalq Kiber İdman Federasiyasının (IeSF) təşəbbüsü ilə keçirilir. Bakıda baş tutacaq Kompüter oyunları üzrə 6-cı Dünya Çempionatında dünyanın 33 ölkəsini təmsil edən 250 nəfərdən artıq nümayəndə iştirak edəcək. Yarışın ümumi mükafat fondu isə 90 000 manat təşkil edir ki, bu da öz növbəsində Kompüter Oyunları üzrə Dünya Çempionatların keçirilmə tarixində ən böyük mükafat fondudur.

Yarışın bağlanış mərasimi 16 noyabr 2014-cü il tarixdə 17.00-da”Kristaı zal” da  gerçəkləşəcək.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.