21 oktyabr 2014 15:50

3-cü Azərbaycan çempionatı start götürür

Sabah Bakı Dövlət Cıdır Meydanında Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə “Çövkən” üzrə 3-cü Azərbaycan çempionatına start veriləcək. Azerisport.az xəbər verir ki, yarış 4 gün davam edəcək.

Azərbaycan Çempionatında May ayında təşkil olunan Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş Milli Atüstü Oyunlar Festivalı çərçivəsində keçirilən Çövkən Çempionatında ilk 8 yeri tutmuş komandalar iştirak edəcəklər. Ümumi mükafat fondu 50 min manat təşkil edən yarışda “Sərhədçi” , “Ağcabədi” , “Polad” , “Balakən” , “Ağstafa” , “Ağdam” , “Laçın” , “Şəki” və “Kövsər” komandaları mübarizə aparacaqlar. Bu gün keçirilən püşaktma mərasimindən sonra yarışın təqvimi aşağıdakı kimi müəyyənləşdirilmişdir:

22/10/2014
12:00 – 12:40 “Kövsər” - “Ağdam”
13:00 – 13:40 “Laçın” - “Balakən”

23/10/2014
12:00 – 12:40 “Ağcabədi” - “Polad”
13:00 – 13:40 “Ağstafa” - “Sərhədçi “

24/10/2014
12:00 – 12:40 1-ci yarımfinal oyunu
13:00 – 13:40 2-ci yarımfinal oyunu

26/10/2014
12:00 – 12:40 3-cü yer uğrunda oyun
13:00 – 13:40 FİNAL OYUNU

“Çövkən” oyunu haqda məlumat:

Çövkən oyununda hər komanda 5 oyunçu və 1 ehtiyat oyunçudan ibarətdir. Oyunçulardan 2-si Müdafiəçi, 3-xü isə hücumçu funksiyasını yerinə yetirir. Oyunçular yalnız milli geyimdə olmalıdır. Komandaların geyimləri müəyyən elementlərlə fərqlənməlidir. Görüş hər biri 15 dəqiqə olmaqla 2 hissədən ibarətdir. Qarşılaşmanın 1-ci yarısından sonra komandalar 10 dəqiqə istirahət edirlər. Oyun heç-heçə bitdiyi halda qalib komandanı müəyyən etmək məqsədilə görüşə hər biri 5 dəqiqə olmaqla 2 əlavə hissə, final qarşılaşmasına isə hər biri 10 dəqiqə olmaqla 2 hissə əlavə edilir. Əlavə vaxtda qalib müəyyən olunmadıqda hər komandaya 11 metrlik 5 zərbə təyin olunur. Bu halda yenə hesab heç-heçə olarsa, komandalar ilk itirilən topa qədər zərbələrin vurulmasını davam etdirirlər.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.