20 oktyabr 2014 14:25

Qəbələdə atıcılıq üzrə Dünya Kuboku

"Qəbələ" Atıcılıq Klubu 21-28 oktyabr tarixlərində daha bir mötəbər turnirə - olimpiya atıcılıq növləri üzrə Dünya Kubokunun final yarışlarına (ISSF WORLD CUP FINAL 2014 ) ev sahibliyi edəcək. Azerisport.az xəbər verir ki, yarış "Qəbələ" Atıcılıq Klubunun, Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qəbələdə baş tutacaq.

Turnir Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planında Avropa və dünya çempionatından sonra ən mühüm yarış hesab olunur və bu səbəbdən medallar uğrunda mübarizə aparacaq ölkələrin sayı 40-a çatıb. Qonaqlar arasında Beynəlxalq Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Ranya, baş katibi Frants Şrayber, Avropa Atıcılıq Konfederasiyasının prezidenti Vladimir Lisin və digər rəsmi şəxslər də olacaq.

Dünya Kubokun finalı yarışları 7 mərhələdən ibərətdir və il ərzində Tukson (ABŞ), Fortbenninq (ABŞ), Münxen (Almaniya), Qranada (İspaniya), Maribor (Sloveniya) və Almatı şəhərlərində (Qazaxstan) keçirilib. Güllə və stend atıcılığı növləri üzrə bu yarışların nəticələrinə görə ən yüksək reytinq toplaşmış 280 idmançı Qəbələyə gələcək.

Ölkəmizi isə bu yarışlarda Nurlanə Cəfərova və Emin Cəfərov (hər ikisi  dairəvi stend), İradə Aşumova və Ruslan Lunyov (hər ikisi güllə atıcılığı) təmsil edəcəklər.

Oktyabr 22-də Heydər Əliyev adına Konqres Mərkəzində turnirin  rəsmi açılış mərasimi keçiriləcək. 23-27 oktyabr tarixlərində yarışlar Beynəlxalq İdman Atıcılıq Federasiyasının rəsmi televiziya kanalı ISSF TV vasitəsilə canlı yayımlanacaq. (klub saytı)

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.