24 sentyabr 2014 13:55

Avropa ölkələrində Qarabağ atları haqqında kitab nəşr edilib

Azərbaycan Respubliası Atçılıq Federasiyasının maliyyə və təşkilat dəstəyi ilə Qarabağ atları haqqında kitabın nəşrinə dair layihə həyata keçirilmişdir. Azerisport.az xəbər verir ki, atçılıq və onun tarixi üzrə ixtisaslaşmış fransız yazıçı və tarixçisi, “ Beynəlxalq At Oyunları Səfiri- 2014” tituluna layiq görülmüş Jan-Lui Quronun (Jean- Louis Gouraund) müəllifi olduğu “Qarabağ atları” adlı kitab, nəzərdə tutulduğu kimi cari ilin avqust ayında, Fransanın Normandiya regionunda keçirilən Ümumdünya At Oyunları yarışları ərəfəsində nəşr edilmişdir. Adı çəkilən kitab fransız və ingilis dillərində 3000 tirajla buraxılmışdır. Kitabda Qarabağ atlarının xüsusiyyətləri,bu cinsin keçdiyi tarixi inkişaf yolu, habelə Ermənistanın ölkəmizə təcavüzü nəticəsində demək olar ki, yer üzündən itmək təhlükəsi yaşaması barədə məlumatlar öz əksini tapmışdır.

Bununla əlaqədar olaraq, cari ilin 2 sentyabr tarixində Ümumdünya At Oyunlarının keçirildiyi Kan şəhərində (Aşağı Normandiya regionunun inzibati mərkəzi) “Qarabağ atları” kitabının ilk təqdimetmə mərasimi olmuşdur. Mərasimə Beynəlxalq at Oyunlarının münsiflər heyəti, iştirakçıları və mətbuat nümayəndələri dəvət edilmişlər.

Təqdimat mərasimini “Qarabağ atları” kitabının müəllifi J.L.Quro açmışdır. O, ötən ilin dekabr ayında YUNESKO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsinin qorunması üzrə hökümətlərarası komitəsinin Bakıda keçirilən sessiyası zamanı Azərbaycanın qədim “çovqan oyunu” ilə əlaqədar aparılmış müzakirələrdə iştirak etdiyini bildirmişdir. Çovqan oyunundan söhbət açaraq, bu yarışların Qarabağ cinsli atlar üzərində keçirildiyini vurğulamış və YUNESKO-nun çovqan oyununu bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına salınması qərarı ilə bağlı Qarabağ atlarına böyük maraq yarandığını bildirmişdir. J.L. Quro, bu tarixi hadisədən sonra Qarabağ atları haqqında kitabın hazırlanması qərarına gəldiyini qeyd etmişdir.

Daha sonra söz Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyova verilmişdir. Səfir çıxışında Fransada Qarabağ atlarına həsr edilmiş ilk kitabın nəşrinin əlamətdar hadisə olduğunu vurğulamış, kitabın ilk təqdimatının məhz Normandiyada keçirilməsindən və Kan şəhərində Baynəlxalq At Oyunları ilə eyni vaxta təsadüf etməsindən məmnunluğunu söyləmişdir. Bu gözəl layihəni gerçəkləşdirən J.L.Quro və kitabın hazırlançmasında yardımçı olan hər bir kəsə minnətdarlığını bildirmişdir.

Səfir, 80-ci iilərin sonlarından başlayaraq, qonşu Ermənistanın ölkəmizə təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində tarixi, mədəni və təbii irsin məhv edildiyini təəssüflə qeyd etmiş, işğal səbəbindən Qarabağ atlarının öz döğma torpaqlarından didərgin düşdüyünü və hətta son illərədək yer üzündən itmək təhlükəsi yaşadığını bildirmişdir. Xalqımızın öz mədəni və təbii irsini qorumaq üçün göstərdiyi səylər nəticəsində Qarabağ cinsli atların yetişdirilməsi işində yeni inkişaf mərhələsinin başladığını demişdir. Qarabağ atlarıyla oynanılan Azərbaycanın qədim idman növü Çovqanın YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi ilə Qarabağ atlarının yenidən beynəlxalq aləm tərəfindən tanınmasına böyük təkan verdiyini xüsusi vurğulamışdır.

Tədbirdə “Beynəlxalq At Oyunları-2014” Təşkilat Komitəsinin baş ditrektoru Fabien Qrobon, Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov və Azərbaycan Respyblikasının Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev iştirak etmişlər. “Qarabağ atları” kitabının təqdimatının həmçinin Parisdə təşkil ediləcəyi nəzərdə tutulmuşdur.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.