7 sentyabr 2014 11:40

Azərbaycan 3-cü yer üçün mübarizə aparacaq

Artıq 2-ci dəfədi ki, yarışların Bakıda keçirilməsi beynəlxalq miqyasda idman ölkəsi kimi tanınan Azərbaycanda Polonu inkişaf etdirmək məqsədi daşıyır. Azerisport.az xəbər verir ki, bu ilki Beynəlxalq turnir Azərbaycan Milli Polo komandasının debütü ilə yadda qalıb.

Seçməmiz Polonun qədim növü olan çövkənlə məşğul olan oyunçulardan ibarətdir. Azərbaycanın polo komandası tarixində ilk dəfə Argentinada peşəkar məşqçilər tərəfindən təlim keçib. “Azərbaycan komandasını qarşılayın” devizi ilə keçirilən yarışda ölkəmizlə yanaşı, Argentina, ABŞ və Avropa üzrə dörd beynəlxalq peşəkar komanda iştirak edir. Yarışın açılış oyununda ötən ilki turnirin finalçıları Avropa Birliyinin Komandası ilə Argentina millisi qarşılaşıb. 1 il əvvəl həlledici görüşdə Avropa təmsilçilərinə uduzan Cənubi Amerikalılar bu dəfə qələbə qazanıblar 8:4. Günün 2-ci qarşılaşmasında isə Milli komandamız Amerika Birləşmiş Ştatları poloçuları ilə üz-üzə gəlib. Qarşılaşma boyu komandamız hesabda öndə olsa da matçın sonunda amerikalılar 2 qol vuraraq 5-4 hesabı ilə qalib gəliblər.  Yarışın ikinci günü milli komandamız Argentina seçməsi ilə qarşılaşıb. Görüş Cənubi Amrikalıların 4-3 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə 2-ci oyunu da qələbə ilə başa vuran Argentina komandası Bakıda keçirilən Polo üzrə dünya  kuboku-nun final oyununa vəsiqə qazanmıb. Digər finalçı isə ABŞ və Avropa seçmələri arasında keçirilən oyundan sonra məlum olub. İlk görüşdə Argentinaya məğlub olan Avropa komandası bu dəfə rəqibini 8-5 hesabı ilə məğlub edərək finalda oynamaq hüququ qazanıb.

Beləliklə yarışın final mərhələsində Argentina və Avropa komandaları qarşılaşacaqlar. Final oyunu saat 20:30 da başlaycaq. Bundan 1 saat qabaq isə Azərbaycan seçməsi ABŞ komandası ilə 3-cü və 4-cü yerin sahibini müəyyənləşdirəcək.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.