15 avqust 2014 12:00

Qəbələdə mükafat fondu 81 000 dollar olan Qran-Pri başlayır

Qəbələdə ümumilli lider Heydər Əliyevin adına Beynəxalq Qran-Pri keçiriləcək. Azerisport.az xəbər verir ki, bu gün - avqustun 15-də start götürəcək bu yarış 2014-cü ildə Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planında Avropa və Dünya çempionatından sonra ən mühüm yarışlar sırasındadır.

Ölkəmizin atıcılıq idman tarixində ilk dəfə olaraq  «Qəbələ» İdman Klubunun təşkilatçılığı, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə Ümumilli lider Heydər Əliyevin adına olimpiya atıcılıq növləri üzrə Beynəlxalq  Qran-Pri  turniri 14-21 avqust tarixlərində Qəbələ şəhərində keçiriləcəkdir.

Yarışda Azərbaycan, Avstraliya, Böyük Britaniya, Belarusiya, Finlandiya, Gürcüstan, Hindistan, İran, İtaliya, Küveyt, Qazaxstan, Qətər, Rusiya və Özbəkistan kimi ölkə təmsilçiləri iştirak edəcəklər.

Ölkəmizi turnirdə Olimpiya çempionu Zemfira Meftahəddinova, «Qəbələ» İdman Klubunun vitse-prezidenti, dəfələrlə Azərbaycan çempionu Elvin İsmayılov, Azərbaycan Atıcılıq Federasiyasının icrayə komitəsinin üzvü, "Qəbələ" Atıcılıq Klubunun texniki meneceri, dəfələrlə Azərbaycan çempionu  Emin Cəfərov, dünya kubokunun finalçısı, Azərbaycan rekordçusu, «Qəbələ» Atıcılıq Klubunun nümayəndəsi Nurlana Cəfərova, Xanhüseyn Bağırov, Elçin Babayev və Paşa Əhədpur kimi atıcılıq idmanının tanınmış simaları təmsil edəcəklər .

Ümumilikdə, 150–yə yaxın idmançı dairəvi və səngər stend olimpiya atıcılıq növləri üzrə mübarizə aparacaqlar.

«Qəbələ» İdman Klubunun vitse-prezidenti Elvin İsmayılov yarış haqda bunları deyib:
«Ulu öndər Heydər Əliyevin adını daşıyan yarışın təşkilatçilılığını etmək klubumuz üçün böyük fərəhdir. İl ərzində sözügedən yarışa ciddi hazırlaşmışıq. Ümüdvarıq ki, əməyimiz öz bəhrəsini verəcək və  yarışda ölkəmizi layiqincə təmsil edəcəyik».

Xatırladaq ki, yarışın ümumi mükafat fondu – 81 000 ABŞ dollarıdır. Turnir «İdman Azərbaycan»  telekanalı vasitəsilə canlı yayımlanacaq.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.