3 avqust 2014 00:15

Çaparımız Beynəlxalq turnirdə 3 dəfə bayrağımızı yüksəltdi

Danimarkada atçılığın Konkur növü üzrə CSİ-1* və CSİ-2* kateqoriyalı beynəlxalq yarışlar keçirilib. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycanı “Kornus VA” , “Carvin” və “Sir Poldi-3” ləqəbli atlarla milli komandamızın üzvü Andre Şröder təmsil edib.

Əvvəlcə çaparımız “Kornus VA” ləqəbli atla maneələri 115 sm-lik yarışlarda qüvvəsini sınayıb. Yerli idmançıların fəallıq göstərdiyi turnirdə Andre Şröder bütün rəqiblərini qabaqlayaraq birinci olub. Turnirdə ikinci və üçüncü yerləri Danimarkalı idmançılar, müvafiq olaraq “Fortuna” ləqəbli atla Emili Luise Velsbi və “Azalea” ləqəbli atla Michael Ertman Henriksen tutublar. Ardınca çaparımız hündürlüyü 135 sm olan maneələri dəf etmə yarışlarında da qüvvəsini sınayıb. Bu dəfə Şröder “Sir Poldi-3” ləqəbli atla mübarizə aparıb. İdmançımız yenə fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Yarışda ikinci yeri “Jonni B” ləqəbli atla İsveçli Jorgen Larson tutub. “Herzblatt 25” ləqəbli atla Almaniyalı Casandra Orschel isə 3-cü olub. Nəhayət günün üçüncü yarışı 140 sm-lik maneələrə qarşı olub. Həlledici yarışa “Sir Poldi -3” ləqəbi atla qatılan Andre Şröder bu dəfə də bütün rəqiblərini qabaqlayaraq qələbəni bayram edib. 140-sm-lik maneələrə qarşı yarışlarda ikinci pilləni, “Caltona” ləqəbli atla Yeni Zellandiyalı Bruce Goodin, üçüncü pilləni isə “Acantya” ləqəbli atla Almaniyalı Casandra Orschel tutub.

Qeyd edək ki, yarışlar 3 avqust tarixinədək davam edəcək.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.