8 iyul 2014 14:44

Azərbaycan DÇ-2016-ya ev sahibliyi edə bilər

Azərbaycan Yelkənli İdman Federasiyasının Prezidenti Qüdrət Qurbanovla Beynəlxalq Yelkənli İdman Federasiyasının (İSAF) Prezidenti Karlo Kroçe və Avropa Yelkənli İdman Federasiyasının (EUROSAF) prezidenti Marco Predieri ilə görüş keçirilib. Azerisport.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidmətindən Trend-ə bildirib.

Görüş zamanı Qüdrət Qurbanov son illər yelkənli idman növünə gənc nəsil arasında marağın atdığını vurğulayaraq, Azərbaycanda yelkənli qayıq idman növünün yaranma və inkişaf tarixindən bəhs etmiş, qeyd edilən idman növünün Azərbaycan Respublikasında inkişaf etdirilməsi ilə əlaqədar Azərbaycan Yelkənli İdmanı Federasiyası tərəfindən hazırlanmış inkişaf planı, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat vermişdir.

Qüdrət Qurbanov Azərbaycanın Xəzər dənizi sahillində yerləşməsini, xüsusilə də Bakı körfəzinin coğrafi mövqeyinin, doğma şəhərimizin küləklər diyarı olmasını, şəhərin ətrafında getdikcə artan turizm və istirahət zonalarının mövcudluğunu və bu idman növünün inkişafı üçün münbit şəraitin olduğunu qeyd etmişdir.

Azərbaycan Respublikasının beynəlxalq səviyyəli yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayan Qüdrət Qurbanov Bakı şəhərində mövcud olan hava şəraitinin yelkənli qayıq yarışlarının keçirilməsi üçün çox əlverişli olduğunu bildirərək, yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə yeniyetmələr arasında 2016-cı ildə keçiriləcək dünya dempionatına Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin ev sahibliyi etmək istəyi barədə məlumat vermişdir.

Karlo Kroçe də öz növbəsində Azərbaycan Respublikasının belə bir təşəbbüslə çıxış etməsini çox müsbət qarşılayaraq, Azərbaycanın hazırkı vaxtadək ev sahibliyi etdiyi beynəlxalq idman yarışlarının yüksək səviyyədə keçirildiyini və 2015-ci ildə 1-ci Avropa Olimpiya oyunlarının Vətənimizdə keçirilməsinin beynəlxalq idman ictimaiyyəti tərəfindən Respublikamızda idman sahəsində görülən işlərə verilən qiymətin təsdiqinin bariz nümunəsi olduğunu bildirmişdir.

Beynəlxalq Yelkənli İdman Federasiyasının (İSAF) və Avropa Yelkənli İdman Federasiyasının (EUROSAF) rəhbərləri ümumiyyətlə Azərbaycanda yelkənli idman növünün inkişafının yeni mərhələsinə böyük ümidlər bəslədiklərini qeyd edərək, bu işdə müvəffəqiyyətlər arzulamışlar və öz geniş beynəlxalq səlahiyyətləri çərçivəsində Azərbaycan Yelkənli İdman Federasiyasına (AYİF) daimi lazımi dəstək verilməsinə hazır olduqlarını bir daha vurğulamışlar.

Görüşün sonunda Qüdrət Qurbanov Beynəlxalq Yelkənli İdman Federasiyasının (İSAF) prezidenti Karlo Kroçeni Azərbaycana səfər etməyə dəvət etmişdir.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.