29 iyun 2014 01:45

Qəbələdə möhtəşəm kikboksinq turniri

“Qəbələ” İdman Klubunun təşkilatçılığı, Gənclər və İdman Naziriliyinin və Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi ilə Qəbələdə ilk dəfə olaraq kikboksinq üzrə reytinq xarakterli “Gabala Fight Series” turnirinin döyüşləri baş tutacaq. Azerisport.az xəbər verir ki, bu gün saat 17:00-da başlayacaq şou gecəsi “İdman Azərbaycan” telekanalı ilə canlı yayımlanacaq.

Döyüşlər super ağır çəki dərəcəsində, dünyanın tanınmış idmançılarının, o cümlədən, təcrübəli azərbaycanlı kikboksçu Pərviz Abdullayevin iştirakı ilə keçiriləcək. Rinqə aşağıda qeyd olunmuş kikboksçular çıxacaq:

Daniel Korbeanu (Rumıniya) - Rahim Əliyev (Azərbaycan)
Roman Mayılov (Ukrayna) - Matyuş Kopyek (Polşa) 
Quo Xianfenq (Çin) - Ramal Aslanov (Azərbaycan)
Yuri Kel (Almaniya) - Telman Süleymanov (Azərbaycan)
Teo Mikeliç (Xorvatiya) - Tadas Jonkus (Litva)

Ardından superağır çəkidə 4 döyüş baş tutacaq:

Erkan Varol (Türkiyə) - Albert Kraus (Hollandiya)
Camal ben Saddiq (Mərakeş) - Hesdi Greqes (Misir)
Lim Çi Bin (Cənubi Koreya) - Mosab Amrani (Mərakeş) 
Jiao Fukai (Çin) - Pərviz Abdullayev (Azərbaycan)

Ötən gün sözügedən tədbirlə bağlı «Qafqaz Sport» otelində mətbuat konfransı təşkil olundu. Toplantıda çıxış edən “Qəbələ” İdman Klubunun marketinq departamentinin rəhbəri Səməd Nəsibov, yarışın əhəmiyyətindən danışdı. Dedi ki, “Glory Ranked Fights” kikboksda ən yüksək reytinqli versiyadır. Bu tip yarış ilkdir. Gələcəkdə Qəbələdə yeni möhtəşəm yarışlar təşkil olunacaq.

Turnirin baş meneceri Dennis Kraull «Qəbələ Fight Series»in səviyyəli turnir olduğunu dedi. Bildirdi ki, “Glory Ranked Fights” dünyada tanınmış yarışdır:
 «Qəbələ» klubunda əməkdaşlıq etdik. Qərara gəldik ki, onların da idmançılarını «Glory»-yə cəlb edək, kikboksçuların səviyyəsini artıraq. Müxtəlif ölkələrdən rinq ustalarını bu döyüşlərə dəvət etdik. Onların sıransında gənclər də yer alıblar».

Sabah şou-gecədə debüt edəcək Pərviz Abdullayev qələbə inamını gizləmədi: «Xeyli vaxtdır bu yarışa hazırlaşıram. Son bir ayın məşqlərini Niderlandda etmişəm. Rəqibin sürətli idmançıdır. Amma sabah güclü olduğumu sübut etməyə çalışacağam».

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.