2 iyun 2014 17:00

Elnur Məmmədov: Badr Hari döyüşünün Azərbaycanda keçirilməsi istəyir

"Best of the Best" promoşn qrupunun prezidenti, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi Elnur Məmmədov jurnalistlərə müsahibəsində Azərbaycanda keçiriləcək növbəti layihə haqda danışıb. Azerisport.az xəbər verir ki, onun sözlərinə görə payız aylarına təsadüf edəcək növbəti layihə əvvəlindən daha möhtəşəm olacaq.
Bu dəfə əfsanəvi Badr Hari turnirin iştirakçıları sırasında olacaq: "Bu dəfə də dünyanın ən məşhur idmançıları Bakıya gələcək. Artıq payız aylarına təsadüf edəcək turnir K-1-in təqviminə daxil edilib. K-1 həvəskarları Bakıda əfsanəvi Badr Harinin döyüşünü canlı izləmək imkanı qazanacaq. Bir neçə gün əvvəl Dubayda olmuşam. Orada Badr Hari 2 dəqiqə ərzində nokautla inamlı qələbə qazandı. O, Piter Qrehem və Stefan Lekonu məğlub etdi. Dubayda olduğum zaman onunla danışıqlarımız oldu. Azərbaycana səfərini yada salan Badr Hari qonaqpərvərliyimizə görə növbəti dəfə bizə təşəkkür etdi. Təklifimiz zamanı, o böyük sevgiylə Azərbaycan döyüşə çıxacağını dedi. Onun rəqibi hələlik məlum deyil. Bir neçə namizəd var. Onlar arasından seçim olacaq. Gecənin super döyüşü dünyanın əksər televiziya kanallarında canlı yayımlanacaq. Ötən yarışda olduğu kimi bu dəfə də yüksək işıq və səs effektləri olacaq. Badr Hari özü də döyüşünün Bakıda keçirilməsini istəyir. Bu söhbət zamanı dəfələrlə deyib. Bizim bütün layihələrimizdə əsas məqsəd Azərbaycanı təbliğ etməkdir. Eyni zamanda idmançılarımız 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarını təbliğ edir. Fevralda baş tutan K-1 World Max turnirində də döyüşçülərimizin köynəyində Bakı-2015 yazılmışdı. Canlı yayımda rinq üzərində olan Bakı 2015 loqosu bütün dünyada göstərildi."

Elnur Məmmədov mətbuatda K-1-in iflasa uğramasıyla bağlı yayılan məlumatları təkzib edərək yazılanların həqiqətə uyğun olmadığını söylədi: "K-1-in iflasa uğraması absurd fikirdir. 2011-ci ildən K-1-in sahibi dəyişib. Yeni investor olan koreyalılar bu brendi 11 milyon dollara aldı. İndi onlar böyük yatırımlarla möhtəşəm layihələr keçirir. Los-Anjeles, Tokio və Zaqrebdə Qran-Prilər oldu. Ötən il K-1-in finalında Mirko Krkop çempion oldu. K-1 brendinin sahibi Mayk Kim ona 1 milyon dollar həcmində pul mükafatı tədqim etdi. Belə olan halda iflasdan söhbət gedə bilməz. Belə danışanlar məlumatsız insanların fikirləridir. K-1 ilin əvvəlində Çində məşhur tailandlı döyüşçü Buakav Bençamekin iştirakıyla turnir keçirdi. Sonra İspaniyada möhtəşəm döyüş oldu. Hazırda məqsəd bütün investisiyanı Çinə yatırmaqdır.Çünki, K-1 Asiya döyüş növlərini birləşdirir. Asiya marketinqi önəmlidir. Bu idman növünün əsası Yaponiyada qoyulduğundan Asiya çox vacibdir. K-1 Azərbaycanda heç kimlə danışıq aparmayıb, heç kimə əməkdaşlıq təklif etməyib. K-1 brendi bu idman növündə ali qurum olmaqla həvəskar federasiya ilə danışıq apara bilməzdi. K-1 həvəskar federasiya səviyyəsində layihələr etmir. Biz də möhtəşəm layihə zamanı Gənclər və İdman Nazirliyi tərəfindən dəstək aldıq. Ölkədə idman siyasətini icra edən qurum bizə kömək oldu. Böyük layihəni ölkəmizə gətirmişik, təəssüf ki, uğurumuza sevinməyən, qərəzli danışan insanlar var."

K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olan Elnur Məmmədov fevralda Bakıda baş tutan World Max turnirinin finalı barədə məlumat verdi: "K-1 rəsmiləriylə tanışlığım uzun müddətdir. Azərbaycana gəlmək onların planında yox idi. Promoşn qrupunun rəhbəri kimi bu danışıqları aparmaqda məqsəd ölkəmizi dünyada təbliğ etmək olub. Azərbaycanda bütün idman növləri inkişaf edir. Niyə biz K-1 kimi nüfuzlu təşkilatda olmayaq. Bakıdakı yarışı 140 kanal yayımladı.K-1 rəsmiləri bizi ölkəmizi təbliğ etmək istəyən gənclər kimi tanıyır. Ona görə bizə Azərbaycan və yaxın Şərq üzrə nümayəndə kimi vəzifə verilib. Qeyd etmək istəyirəm ki, Bakıda təşkil edilən möhtəşəm finalın xərclərini K-1 üzərinə götürüb. Yatırımları onlar edib. Best of the Best promoşn qrupu K-1-in nümayəndəliyi kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və tam qanunauyğun fəaliyyət göstərir. Bu gün əsas məqsəd Avropa Oyunlarına olan hazırlığı bütün dünyaya çatdırmaqdır. Biz bilirik ki, ilk dəfə keçirilən Avropa Oyunları yüksək səviyyədə təşkil ediləcək. Həmin oyunların təbliğatını aparmaq çox vacibdir. Sadəcə google axtarış şəbəkəsində "K-1 World Max Final Four Azerbaijan" yazın görünki dünya mətbuatında bütün xəbər saytları möhtəşəm layihədən yazıb. Bizim yarışlara qarşı çıxmaq Azərbaycanın dünyada yüksək səviyyədə təbliğini, peşəkar idman imicinin yüksəlməsini istəməmək deməkdir. K-1 ilə əməkdaşlıq etmək üçün peşəkarlıq tələb olunur. Biz bunun öhdəsindən layiqincə gəlirik. 138 ölkəyə canlı yayımın olması üçün K-1-in səviyyəsində döyüşçülər olmalıdı. Bakıdakı yarışda da Buakav Bençamek, Sedrik Manhuf, alman döyüş Enriko Kehl kimi ulduz idmançılar iştirak etdi. K-1 kikboksinq deyil, bu dünyada tanınan brend olaraq qalır. Bizim 4 idmançımız K-1 ilə rəsmi müqavilə imzalayıb. Bu ölkə idmanı adına böyük uğurdur. Biz şəxsi prinsip yox, ölkəmizin adının dünyada ucalmasına xidmət edirik."

Elnur Məmmədov yaxın aylarda Badr Harinin Bakıya səfərinin gözlənildiyini dedi. Məhz həmin vaxt onunla müqavilə imzalanacaq və rəqibi müəyyənləşəcək.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.