20 may 2014 18:21

Bəxtiyar Abbasov vacib döyüş öncəsi nə dedi?

Azərbaycanı və "Qəbələ" İdman Klubunu MMA idman növündə beynəlxalq döyüşlərdə təmsil edən Bəxtiyar Abbasovun mayın 30-da "One Fighting Championship" turnirində Ben Askrenlə qarşılaşma öncəsi mətbuat konfransı təşkil olunub. Azerisport.az xəbər verir ki, tədbiri açan “Qəbələ”nin döyüş növləri koordinatoru Səbuhi Qarayev öncə klubun müxtəlif idman növləri ilə bağlı gördüyü işlər baradə məlumat verib.

Daha sonra söz MMA, Pankration və Qrepplinq Federasiyasının prezidenti Azad Əsgərova verilib. Əsgərov Azərbaycanda Bəxtiyar kimi idmançının olmasını fəxr adlandırıb: “Bir çox ölkələr bu yarışa həsəd aparırlar. Bəxtiyar isə artıq müqavilə bağlayıb və hamımız ona inanırıq”.

Bəxtiyar Abbasov Askrenə qalib gələcəyinə böyük ümid bəslədiyini vurğulayıb. O bildirib ki, Sinqapurdan qələbə ilə dönəcəyinə heç bir şübhəsi yoxdur: “Düzdür, rəqibim hələ uduzmayıb, 12 döyüşünün hamısını qalib kimi başa vurub. Özü də qalib gəldikdən sonra güclü idmançı olduğunu deyir. İnşallah, mən qalib gələrək, ona “Qəbələ”də və Azərbaycanda necə güclü idmançılar olduğunu göstərərəm”.

Daha öncə güləş və sambo ilə məşğul olan Abbasov rəqibinin döyüş üslubunu bildiyini və buna əks taktika hazırladığını açıqlayıb: “Rəqib Olimpiya, dünya mükafatçısıdır. 12 döyüşünün hamısına baxmışam, bu qarşılaşmalarında parterdə rəqibini boğub qalib gəlib. Çalışıb ayaqüstə döyüşəcəm və çıxışımı nokautala bitirəcəm. Ona qalib gəlsəm, yapon idmançısı ilə dünya kəməri üçün vuruşacağam”.

GEFC Beynəlxalq MMA Liqasının vitse-prezidenti, Abbasovun şəxsi məşqçisi Şəhriyar Abbasov Bəxtiyarın hazırlığını mükəmməl adlandırıb. Onun sözlərinə görə, bu döyüş üçün Kiyevdə ulduz idnaçılarla başlayan təlim-məşq toplanışı Bakıda davam etdirilib: “Düzdür, qardaşım 16 kq çəki salıb. Lakin buna baxmayaraq, hər şey yüksək səviyyədədir. Hələ vaxtlar var və mayın 26-da yola düşürük. Sinqapurda həmin gün 10 döyüş olacaq ki, bu, gecənin qarşılaşması hesab olunur. Qalib gələn dünya kəməri uğrunda vuruşacaq”.

Abbasovun sözlərinə görə, Bəxtiyarın bu gecədə mübarizə aparması “Qəbələ” İdman Klubunun, federasiyanın uğurunun göstəricisidir: “Rəqib dünya reytinqində 5-ci, Bəxtiyar 129-cudur. Həmin döyüşdə tarixi bir gün yaşayacağıq. Qələbənin bizimlə olacağına inanıram. Finalın ölkəmizdə canlı yayımı olacaq. Həmçinin, yarışın rəsmi saytı ilə birbaşa göstəriləcək”.

“Pro-Rinq” peşəkar klubunun prezidenti, Abbasovun məşqçisi Rövşən Heybətov da yetirməsinin əziyyətlərini layiqincə qiymətləndirəcəyinə inanır: “O, hazırda çox yaxşı formadadır və biz Sinqapura qələbə ardınca gedirik. Çünki Abbasov bir çox idmançı arasından seçilib. Rəqib çox təcrübəli, güclüdür və hələ uduzmayıb. Bəxtiyar üçün Askrenlə üz-üzə gəlməyin özü də bir uğurdur. Amma idmançımızın özünü doğruldacağına inanıram. Dəstək yüksəkdir və bunu layiqincə qiymətləndirməliyik”. (klub saytı)

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.