19 may 2014 12:54

Bəxtiyar Abbasov Ben Askrenə qarşı

Azərbaycanı və "Qəbələ" İdman Klubunu MMA idman növündə beynəlxalq döyüşlərdə təmsil edən Bəxtiyar Abbasov Asiyanın ən reytinqli yarışı olan "One Fighting Championship" turnirində ilk döyüşünü keçirəcək. Azerisport.az xəbər verir ki, 2014-cü ilin martında bu yarışda çıxış etməyə qərar verən və təşkilatçılar tərəfindən qəbul olunan idmançımız mayın 30-da Sinqapurda debüt edəcək.

Həmin gün Asiya ölkəsinin “Singapore Indoor Stadium” arenasında 10 döyüş keçiriləcək. Günün əsas qarşılaşması isə yarımorta çəki dərəcəsində olacaq. Təmsilçimiz Abbasov burada Ben Askrenlə rinqə çıxacaq.

5 ildən artıqdır MMA döyüşlərində yer alan 28 yaşlı Abbasov 14-cü dəfə qüvvəsini sınayacaq. Abbasovun aktivində ilk raundda qələbə qazandığı 13 döyüşü var.  177,8 sm boya malik idmançımız 2011-ci ilin dekabrında ProFC - Grand Prix Global Finals turnirində Laslo Solteş üzərindəki qələbəsindən sonra ProFC kəmərini qazanıb. Bəxtiyar Abbasov az sonra Şərqi Avropa ECSF - MMA Grand Prix turnirində fransalı Youness Mikiss üzərində qələbə əldə edib. Abbasov 2013-cü ildə CWFC 58 - Cage Warriors Fighting Championship çərçivəsində MMA-nın ən təcrübəli döyüşçülərindən olan braziliyalı Şarl Andradeni məğlub edib.

Abbasov PROFC-GPG çempionu, pankration üzrə dünya çempionu, döyüş sambosu üzrə dünya çempionu, sambo üzrə dünya çempionu, ciu-citsu üzrə dünya çempionu, əlbəyaxa döyüş üzrə dünya çempionu, sambo üzrə Dünya kubokunun qalibi, döyüş sambosu üzrə Avropa çempionu, sambo üzrə Azərbaycan çempionu, cüdo üzrə Azərbaycan çempionu kimi titullara sahibdir. O, beynəlxalq dərəcəli idman ustasıdır.

İdmançımızın rəqibi Askrenin 29 yaşı var. 178 sm boya malik amerikalı MMA döyüşlərində 4,5 illik təcrübəyə malikdir. Askren Bellator titulunu qorumaq uğrunda Andrey Koreşkovla döyüşündən sonra ilk dəfə rinqə çıxacaq. Həmin döyüşdə isə amerikalı texniki nokautla qalib gəlməklə titulunu qorumuşdu. Buna qədər isə o, ardıcıl 6 döyüşdə qalib gəlmişdi. Onun hesabında Karl “Psixo” Amossu, Duqlas Lima, Cey Heyron, Laymon Qud və Den Hornbakl kimi döyüşçülər üzərində qələbələr var. Askren 2008-ci ildə Çində keçirilən Yay Olimpiya Oyunlarında sərbəst güləş növündə ABŞ-ı təmsil edib. O, 2009-cu ildə qrepplinq üzrə dünya çempionu tituluna sahib olub.

"One Fighting Championship" Asiyanın ən böyük promouter kontorudur. 2011-ci ilin iyulunda yaradılan qurum Sinqapurda qərarlaşıb. Həmin ilin sentyabrında ilk döyüşlərini təşkil edən qurum 2 ildən artıq müddətdə Asiya MMA döyüşlərini yeni səviyyəyə qaldırmağa müvəffəq olub.

Qeyd: Sabah döyüşlə bağlı Bəxtiyar Abbasovun iştirakı ilə mətbuat konfransı keçiriləcək. Tədbir "Qafqaz Point" oteldə saat 11:30-da start götürəcək.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.