18 aprel 2014 17:00

Avropa çempionatında ilk dəfə olaraq çıxış etmiş Azərbaycan idmançıları barədə məqalə dərc edilib

Bldiyiniz kimi, Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyası son 2 il ərzində bu idman növünün ölkəmizdəki inkişafına istiqamətləndirilmiş layihələri xüsusi fəallıqla həyata keçirir. Azerisport.az xəbər verir ki, bu, beynəlxalq idman ictimaiyyəti tərəfindən Azərbaycandakı səmti müəyyən etmə idmanına qarşı böyük maraq doğurur.
Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyasının (International Orienteering Federation) rəsmi saytında səmti müəyyən etmə üzrə Avropa Çempionatında ilk dəfə olaraq çıxış etmiş Azərbaycan idmançıları barədə məqalə dərc edilmişdir: “Azərbaycan Avropa Çempionatına ilk dəfədir ki qatılır. Ölkənin keçmiş və indiki səmti müəyyən etmə idmanı yüksəklərə doğru istiqamətdədir. Azərbaycan Səmti Müəyyən Etmə Federasiyasının Prezidenti olan,  bu idman növünün ölkəsində inkişaf etməsi və milli yığmanın beynəlxalq arenadakı nəticələrini daha da yaxşılaşması üçün səylə və böyük həvəslə çalışan Mirəli Kazımov bildirmişdir ki, 2014-cü ilin iyul ayında İtaliyada baş tutacaq Dünya Çempionatında Azərbaycanı daha da geniş komanda təmsil edəcək. Səmti müəyyən etmə Azərbaycanda 50 il bundan öncə yaranmışdır. Lakin Sovet Hökuməti dağıldıqdan sonra bu idman növünün ölkəmizdəki inkişafı tam olaraq dayanmışdır. Bu gün biz dövlət tərəfindən idmanımıza qarşı böyük diqqət və dəstək alırıq, bu da səmti müəyyən etmənin Azərbaycanda fəal inkişafına təsir edir”, - Mirəli Kazımov.
Milli yığmanın üzvü olan Şəhriyar İsmayılov bildirmişdir ki, səmti müəyyən etmə idmanı ilə cəmi bir ildir ki məşqul olur. Lakin o bu idmanı surətlə öyrənir, və Azərbaycan milli yığmasının digər üzvləri kimi ilk dəfədir Avropa Çempionatında iştirak edir.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.