18 aprel 2014 16:44

Milli yığma komandamız ilk dəfə olaraq Avropa çempionatında çıxış etdi

Portuqaliyanın Palmela şəhərində səmti müəyyən etmə idman növü üzrə Avropa Çempionatına yekun vuruldu.  Azerisport.az xəbər verir ki, Avropa İşçi Qrupuna daxil olduqdan sonra ilk dəfə olaraq Avropa Çempionatına dəvət alan ölkəmizi yarışda 5 idmançı təmsil edib. Azərbaycan ilə yanaşı Avropanın 30-a yaxın ölkəsindən təşrif buyurmuş beynəlxalq dərəcəli idmançılar da bu yarışa qatılmışdır.
Öz çətinliyi və gərgin mübarizəsi ilə xüsusi diqqət çəkən Avropa Çempionatında uzun, orta məsafələrdə qaçışlar və sprint yarışı keçirilmişdir. İdmançılarımızın ilk dəfə olaraq bu cür yüksək dərəcəli yarışda iştirak etməsinə baxmayaraq, uzun məsafə üzrə baş tutmuş qaçışda milli yığmanın üzvü Müvəssil Allahverdiyev bütün nəzarət məntəqələrində qeyd olunub finişə vaxtında çatmış, digər 3 idmançımız isə nəzarət vaxtından bir neçə dəqiqə kənara çıxaraq finala vəsiqə qazana bilməmişdir.
Sprint üzrə keçirilən yarış isə yığmamızın hər üzvü üçün uğurlu olmuşdur. Belə ki, idmançılarımız “Sprint Qualification” mərhələsindən müvvəfəqiyyətlə keçib finala vəsiqə qazanmışlar. Aprel ayının 13-ü isə Palmela şəhərində keçirilən Sprint final mərhələsində idmançılar 3.0 km məsafə üzrə 26 nəzarət məntəqəsində qeyd olunaraq finiş xəttinə vaxtından əvvəl çatmışlar. Milli yığmamızın üzvü Şəhriyar İsmayılov nəticədə 64 idmançı arasında 40-cı yeri tutmuşdur. Bu isə hələ gənc federasiyamız üçün böyük bir müvəfəqiyyətdir.
Avropa Çempionatı (EOC) çərçivəsində milli yığmamız İsveçin peşəkar idmançıları ilə bir neçə görüş keçirmiş, onlarla birgə treninqlərdə iştirak etmişdirlər. Bundan əlavə avropalılara səmti müəyyən etmə idman növünün son 2 il ərzində Azərbaycandakı inkişaf prosesi, həyata keçirilmiş layihələr, çəkilmiş xəritələr barədə geniş məlumat verilmiş, 30 may – 01 iyun 2014-cü il tarixlərində  Xaçmaz rayonunda keçiriləcək səmti müəyyən etmə üzrə beynəlxalq çempionat – Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev adına Kubok Yarışında iştirak etmək üçün onları ölkəmizə dəvət etmişlər.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.