11 mart 2014 12:25

Bəxtiyar Abbasov ONE FC-də döyüşəcək

Azərbaycanı və "Qəbələ" İdman Klubunu MMA idman növündə beynəlxalq döyüşlərdə təmsil edən Bəxtiyar Abbasov Asiyanın ən reytinqli turniri olan "One Fighting Championship" turnirində iştirak edəcək. Azerisport.az xəbər verir ki, mötəbər yarışda debüt edəcək idmançımız mayın 30-da Sinqapurda rinqə çıxacaq. Döyüşçümüzün rəqibi hələ ki, müəyyənləşməyib. 

28 yaşlı Bəxtiyar Abbasov MMA döyüşlərində 5 ildən artıqdır yer alır. Abbasovun aktivində ilk raundda qələbə qazandığı 13 döyüşü var.  2011-ci ilin dekabrında idmançımız ProFC - Grand Prix Global Finals turnirində Laslo Solteş üzərindəki qələbəsindən sonra ProFC kəmərini qazanıb. Bəxtiyar Abbasov PROFC-GPG çempionu, pankration üzrə dünya çempionu, sambo üzrə dünya çempionu, ciu-citsu üzrə dünya çempionu, əlbəyaxa döyüş üzrə dünya çempionu, sambo üzrə Dünya kuboku çempionu, döyüş sambosu üzrə Avropa çempionu, sambo üzrə Azərbaycan çempionu, cüdo üzrə Azərbaycan çempionu kimi titullara sahibdir. O, beynəlxalq dərəcəli idman ustasıdır.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.