10 mart 2014 12:22
Zaur Hacıbabayev M-1 Challenge-da yarışacaq
Martın 14-də Sankt-Peterburqda M-1Challenge turniri çərçivəsində MMA üzrə (qarışıq döyüş növləri) ənənəvi beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycanı dünya çempionatının gümüş medalçısı, Dünya Kubokunun qalibi Zaur Hacıbabayev təmsil edəcək.
Ağır çəkidə yarışan idmançımız Dünya Kubokunun finalçısı Yuriy Dobkoyla qarşılaşacaq.
