24 fevral 2014 11:00

Buakav və Kel Bakıda qələbə qazandı

“Sərhədçi” Olimpiya İdman Mərkəzində K-1 döyüşü üzrə dünya “Qran-pri” turnirinin final mərhələsi keçirilib. Azerisport.az xəbər verir ki, final mərhələsinin açılışında çıxış edən K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi, “Best of the Best” promoutionun prezidenti, Avropa çempionu Elnur Məmmədov bildirmişdir ki, yarışda azarkeşlər K-1 ulduzlarının gözəl döyüşlərini izləyəcəklər.
Azərbaycan idmançıları bu yarışa uzun müddətdir ki, hazırlaşırlar. İdmançılarımızın bu yarışda tanınması üçün gözəl şansdır.
Azərbaycanda idmana göstərilən diqqət və qayğıdan danışan Elnur Məmmədov demişdir ki, Prezident İlham Əliyevin qayğısı nəticəsində respublikamız dünyada idman ölkəsi kini tanınır.
K-1 brendinin sahibi Mayk Kim və K-1 Global holdinqinin direktoru Ned Kuruç tədbirin yüksək səviyyədə təşkil edildiyini bildirmiş, idmançılara uğurlar arzulamışlar.
Qeyd olunmuşdur ki, Azərbaycan bir sıra mötəbər yarışlara ev sahibliyi etmişdir. Belə mötəbər yarışın Azərbaycanda keçirilməsi böyük uğurdur.
Turnirin reqlamentinə əsasən, əsas görüşlərdən əvvəl reytinq döyüşləri keçirilmişdir.

Yarışda Azərbaycan idmançılarından 83 kiloqram çəki dərəcəsində Ruslan Kobzev hollandiyalı Dennis İppemaya, 71 kiloqram çəki dərəcəsində Alim Nəbiyev Böyük Britaniyadan olan Çad Sugdeyə, Ziya Bayramov 77 kiloqram çəki dərəcəsində mərakeşli Omar Al Amraniyə, 72 kiloqramda Tural Bayramov Almaniya idmançısı Marco Groha qalib gəlmişlər.
Digər görüşlərdə isə 85 kiloqram çəki dərəcəsində Samet Keser (Türkiyə) - Lazar Danieli (Rumıniya), 100 kiloqramdan yuxarı çəki dərəcəsində Corc Kolin (Surinam)- Samir Kazımovu (Azərbaycan), 63 kiloqramda Zakaria Zouharry (Mərakeş)- Amil Şahmarzadəni, 72 kiloqramda Miodrag Olar (Rumıniya) - Babək Rüstəmovu (Azərbaycan), 71 kiloqramda Cedrik Manhoef (Surinam) -İsmət Ağazadəni (Azərbaycan) məğlub etmişdir.
Gecənin əsas döyüşlərində məşhur Tailand idmançısı Buakav Bançamek ilə Sung Hyung Le (Koreya Respublikası) qarşılaşmışlar. Bu görüşdə Buakav Bançamek qalib gəlmişdir.
Digər yarımfinal görüşündə isə kanadalı Şane Kampbell Almaniya idmançısı Enriko Kelə qarşılaşmışdır. Bu görüşdə isə almaniyalı idmançı üstün olmuşdur.

Yarış dünyanın 80 televiziya kanalında 150-dən çox ölkəyə canlı yayımlanıb.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.