19 fevral 2014 15:11

Bakıda K-1 dünya Qran-Prisinin final mərhələsi baş tutacaq

Fevralın 23-də Bakıda “Sərhədçi” Olimpiya Mərkəzində K-1 döyüşü üzrə Dünya Qran-Prisinin final mərhələsi keçiriləcək. Azerisport.az xəbər verir ki, "Best of the Best"in təşkil etdiyi mötəbər yarışda bir sıra məşhur idmançıların iştirak edəcəyi gözlənilir.
Turnirin reqlamentinə əsasən əsas görüşlərdən əvvəl reytinq döyüşləri baş tutacaq:
63 kq, Amil Şahmarzadə (AZE) - Zakaria Zouharry (MAR);
83 kq, Ruslan Kobzev (RUS) - Dennis İppema (NED);
72 kq, Babək Rustəmov (AZE) - Miodrag Olar (ROU);
71 kq, Alim Nəbiyev (UKR) - Çad Sugden (GBR);
70 kq, Ziya Bayramov (AZE) - Omar Al Amrani (MAR);
70 kq, İsmət Ağazadə (AZE) - Cedric Manhoef (SUR);
85 kq, Samet Kesser (TUR) - Lazar Daniel (ROU);
72,5 kq, Tural Bayramov (AZE) - Marco Groh (GER);
95 kq Moises Bautu (İSP) - Fabian Gondorf (NED);
100kq+, Ağalar Sadıxzadə (AZE) - Corc Kolin (SUR).
Gecənin əsas döyüşlərində məşhur Buakav Bançamek iştirak edəcək. Tailand idmançısının rəqibi Sung Hyung Le (Koreya) olacaq. Digər yarımfinal görüşündə Kanadalı Shane Campbell Almaniya idmançısı Enriko Kehlə qarşı yarışacaq. Turnirin fəxri qonaqları K-1-in ulduz simaları Bədr Xari, Remi Bonjaski, Gokhan Saki və Melvin Manhuf olacaq.
Turnir 80 televiziya kanalı vasitəsilə 155 ölkədə yayımlanacaq.
Şənbə günü fevralın 22-də isə 11:45-də Sərhədçi Olimpiya İdman Mərkəzində K-1 Dünya Qran-Prisinə həsr olunan mətbuat konfransı keçiriləcək. Tədbirdə K-1-in Azərbaycandakı rəsmi nümayəndəsi Elnur Məmmədov, K-1 brendinin sahibi Mayk Kim, K-1-in məşhur döyüşçüsü, “Qızıl oğlan” ləqəbli Badr Hari, K-1 Dünya Qran-Prisinin ikiqat qalibi, tailand boksu üzrə dünya çempionu, K-1-in parlaq ulduzu Buakav Bançamek və Melvin Manfuh iştirak edəcək.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.