18 fevral 2014 12:33

Qolf üzrə Beynəlxalq Avropa Turunun rəhbəri Nick Tarratt Azərbaycana səfər edib

Qolf üzrə Beynəlxalq Avropa Turunun rəhbəri Nick Tarratt Azərbaycana səfər edib. Azerisport.az xəbər verir ki, ölkəmizə səfəri çərçivəsində Azərbaycanda 2012-ci ildə yaradılan Azərbaycan Qolf Federasiyasının fəaliyyəti, iş planı və gördüyü işləri yüksək qiymətləndirən Nick Tarratt görülən işlərdən razı qalıb.
O, xüsusilə vurğulayıb ki, Azərbaycan qısa bir müddət ərzində qolf idmanında zirvələri fəth edəcək. Beynəlxalq Avropa Turunun rəhbərinin bu səfərinin əsas məqsədi Azərbaycan Qolf Federasiyası ilə tanışlıq və əməkdaşlıq əlaqələrini genişləndirməkdir.
Beynəlxalq Avropa Turunun rəhbəri Nick Tarratt Azərbaycan Qolf Federasiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Qolf Akademiyasını ziyarət edib. Azərbaycan Qolf Federasiyasının vitse prezidenti Elnur Abdullayev Beynəlxalq Avropa Turunun rəhbəri ilə görüşüb. Görüşdə Azərbaycanda qolf idmanının inkişafı və ikitərəfli əməkdaşlıq məsələləri, Azərbaycanın European Tour üçün yeni bir istiqamət kimi maraqlı və regionda analoqu olmayan mərkəzə çevrilməsi xüsusi vurğulanıb və bu məsələlər ətrafında daha geniş söhbət aparılaraq müzakirə edilib.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.