3 yanvar 2014 14:42

Camal Rəhimov: Bu qayğının əvəzini yüksək nəticələrlə qaytarmalıyam

Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən ilin idmançısı seçilən Camal Rəhimov azerisport.az saytına müsahibəsində 2013-cü ilin yekunlarından, dünya çempionatına vəsiqə qazanmasından, Rio-De-Janeyroda keçiriləcək olimpiya oyunlarından danışıb.
 
- 2013-cü ili atçılıq üçün necə qiymətləndirirsiniz?
- Bu il bizim federasiya üçün uğurlu oldu. Bakıda beynəlxalq turnir keçirildi. İdmançılarımız bir sıra yarışlarda iştirak edərək Vətəni layiqincə təmsil etdi. Artıq komanda növlərində də yarışlarda iştirak edəcəyik. Bu sahədə işlər aparılır. Bir qrup idmançıdan yaxşı komanda formalaşdırılıb. Ona görə 2013-cü il bu mənada müsbət qiymətləndirilməlidi. Bu il dünya çempionatına vəsiqə qazandım. 2014-cü ildə keçiriləcək Dünya Kubokuna da lisenziya qazanmışam. İndidən söyləyə bilərəm ki, 2014-cü il də bizim üçün məsiliyyət tələb edir.
 
- İlin son yarışı İspaniyada keçirilən 5 ulduz kateqoriyalı beynəlxalq turnir oldu...
- Bilbaoda təşkil edilən mötəbər yarışda bürünc medal qazandım. Rəqabət həddən artıq çox idi. Bir sıra titullu idmançılar mükafatçılar sırasına düşə bilmədi. Ona görə mükafatçılar sırasında yer almağım hamı tərəfindən böyük uğur kimi dəyərləndirildi. Bu idman növü Azərbaycanda indi inkişaf edir. Özü də atçılıqda tez bir zamanda uğur qazanmaq çətindi. Sevinirəm ki, Azərbaycan dövləti və federasiyamız atçılıq üçün bu qədər işlər görür. Biz idmançılar ümidləri doğrultmağa çalışmalıyıq.
 
- Real danışsaq, dünya çempionatında hansı nəticəni qazanmaq mümkündü?
- Atçılıq digər idman növlərindən fərqlənir. Ən əsası burada iki canlı iştirakçı var. İdmançıyla yanaşı atdan da çox şey asılıdı. Dünya çempionatında Azərbaycanın təmsil olunması artıq uğur sayılır. Bununla belə biz bu yarışda da sona qədər mübarizə aparacağıq. İlk 25 iştirakçı sırasına düşsək, finalda yarışmaq imkanı qazanırıq. Ona görə finala qalsam, çox sevinərəm.
 
- Finalda da mübarizəni davam etdirməyə şanslarımız var?
- Finalda hər şey ola bilər. Orada atların vəziyyəti, idmançıların durumu çox şeyi həll edir.
 
- Yəqin ki, əsas hədəflərdən biri 2016-cı ildə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak olacaq...
- Dövlət başçısı İlham Əliyev və federasiyamızın qayğısına layiqincə cavam verməliyəm. İdmançı kimi bilirəm ki, olimpiadada uğur qazanmaq heç nə ilə müqayisə oluna bilməz. Bu gün mənim üçün hər cür şərait var. Lakin mən bunun qarşılığını nəticəylə verməliyəm. Yay Olimpiya Oyunlarına da hazırlıq gedəcək. Orada əvvəlcədən nə olacağını heç kim söyləyə bilməz. Amma mən hər yarışa uğur üçün yollanıram.
 
- Sizcə, olimpiadada medal qazanmaq şansımız nə vaxt reallaşa bilər: 2016, 2020 yoxsa növbəti turnirdə?
- Səhv etmirəmsə, olimpiya oyunlarının ən yaxşı iştirakçısının 72 yaşı var. Bu çapar 12 olimpiadada iştirak edib. Hələ də mükafatçılar sırasına düşməyib. Bununla belə öz məqsədi uğrunda mübarizəni davam etdirir. Mən də həmçinin mübarizəni davam etdirməliyəm. Nə qədər imkanım olsa, olimpiadada mübarizə aparacam. Başlıca məqsəd medaldı, nə vaxt qismət olsa çox sevinərik.
 
- Hazırda neçə atla yarışlarda iştirak edirsiz?
- 2 atım var. "Warrior" mənim əsas atımdı. Biz bir-birimizi gözəl başa düşürük. Əsas mötəbər yarışlarda da məhz onunla yarışıram. İspaniyada 5 ulduz kateqoriyalı turnirdə də onunla uğur qazandım. Digər at yaşca bir qədər kiçikdi. Ona görə onunla gələcək turnirlərə hazırlaşırıq.
 

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.