23 dekabr 2013 12:16

Rəhimovdan daha bir nailiyyət

Atçılığın konkur növü üzrə milli komandanın kapitanı Camal Rəhimov bir neçə ildir ki, Azərbaycanı ölkə hüdudlarından kənarda layiqincə təmsil edir. Azerisport.az xəbər verir ki, 2008-ci il Pekin və 2012-ci il London Olimpiya Oyunlarının iştirakçısı olan idmançı xüsusilə də son illərdə Avropanın bir sıra yüksək səviyyəli turnirlərində ilk onluqda yer alıb.
 
Eyni zamanda avropada təşkil olunan yüksək kateqoriyalı, yəni 4 və 5 ulduzlu turnirlərdə idmançımızın rəqibləri əsasən dünya sıralamasında ilk 50 yeri tutan idmançılardan ibarətdir.
 
2013-cü ilin sentyabr ayının əvvələrində İspaniyada keçirilən CSİ5* Gijon turnirində Qran Pri mərhələsini cərimə xalsız başa vurduğuna görə Camal Rəhimov “Warrior” ləqəbli atla 2014-cü ilin Dünya Çempionatına vəsiqəni təmin edib. Qedy edək ki, Dünya Çempionatı 2014-cü ilin Avqust-Sentyabr aylarında Fransanın Normandiya əyalətində keçiriləcəkdir.
 
21 dekabr 2013-cü il tarixdə idmançımız öz nailiyyətlərinə daha birini əlavə edib. Belə ki, təmsilçimiz İspaniyada keçirilən və hündürlüyü 160 sm olan CSİ5* ən yüksək kateqoriyalı konkur yarışlarının Qran Pri mərhələsində 3-cü yeri tutub. 160 sm – Belə yarışlar üçün beynəlxalq federasiya tərəfindən təyin edilən maksimal hündürlükdür. 32 idmançı arasında iki turdan ibarət yarışların hər iki hissəsini 0 cərimə xalı ilə başa vuran Camal Rəhimov 1-ci və 2-ci yerlərdən vaxta əsasən cəmi 2 saniyə geri qalıb. Dünya sıralamasında ilk 30-luqda yer alan idmançılarla mübarizə aparan idmançı hətta son Olimpiya çempionu Stiv Qerardı da geridə qoyub.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.