14 dekabr 2013 12:22

Fyodr Yemelyanenko Azad Rəhimovla görüşdü (FOTO)

Ümumdünya qarışıq döyüş növləri federasiyasının prezidenti Vadim Finkelşteyn və qurumun fəxri prezidenti, dördqat dünya çempionu Fyodr Yemelyanenko Gənclər və İdman naziri Azad Rəhimovla görüşüb. Azerisport.az xəbər verir ki, Azərbaycan MMA Liqasının fəxri prezidenti Rövşən Həsənov, Liqanın prezidenti Kənan Məmmədovun iştirak etdiyi görüşdə nazirə Bakıda keçirilən Dünya Kubokuyla bağlı məlumat verilib.
 
Nazir Ümumdünya qarışıq döyüş növləri federasiyası ilə əməkdaşlığı yüksək qiymətləndirib və gələcəkdə Bakıda bu idman növü üzrə digər mötəbər yarışların təşkil etməyin mümkün olduğunu söyləyib. Qəbula görə nazir Azad Rəhimova minnətdarlığını bildirən Fyodr Yemelyanenko, Azərbaycanda idmanın inkişafına dövlət səviyyəsində diqqət göstərildiyini vurğulayıb. Məşhur idmançı MMA-ın inkişafında Gənclər və İdman nazirliyinin rolunu xüsusi qeyd edib. 

Azərbaycan MMA Liqasının fəxri prezidenti Rövşən Həsənov və Liqanın prezidenti Kənan Məmmədov dəstəyə görə Azad Rəhimova təşəkkür edib. Liqanın rəhbərliyi MMA-ın inkişafı istiqamətində lazımi işlərin görüləcəyini bildirib.
 

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.